Son dəqiqə:

Avropa Məhkəməsi Azərbaycandan olan şikayət üzrə qərarını açıqlayıb

25-07-2019 18:23 / Bu xəbər 102 dəfə oxundu
Avropa İnsan Haqları Məhkəməsi iyulun 25-də Azərbaycandan göndərilmiş daha bir şikayət üzrə qərarını elan edib. 

Məhkəmə Konvesiyanın 11-ci maddəsinin pozulmasını qəbul edib.

Şikayət "İnsan Haqları Klubu” təşkilatının qeydiyyatı ilə bağlıdır.

Şikayətçilər Rasul Cəfərov, Emin Hüseynov və Səbuhi Qafarovdur. 

Onlar 9 il əvvəl Bakıda "İnsan Haqları Klubu” qeyri-hökumət təşkilatını təsis ediblər. Bütün qeydiyyat sənədləri Ədliyyə Nazirliyinə təqdim edilib, amma qeydiyyatdan imtina olunub. 

Yerli məhkəmələr isə nazirliyin bu qərarından şikayətləri rədd ediblər.

AİHM qəbul etdiyi qərarda dəymiş mənəvi ziyana görə şikayətçilərə 4500 avro kompensasiya və bu məbləğdən tutulacaq verginin ödənilməsinə qərar verib. 

Əlavə olaraq məhkəmə xərcləri üçün şikayətçilərə 2040 avro ödənilməsinə qərar verilib.
 
Hökumət 3 ay ərzində qərardan şikayət etməzsə, məhkəmənin təyin etdiyi məbləği hazırki məzənnə ilə ödəməlidir.

Ərizəçilər AİHM-ə şikayətlərində birləşmək hüququnun pozulduğunu iddia edirdilər.

AİHM-in işlə bağlı məlumatında şikayətçilərdən ikisinin basqılar səbəbindən Azərbaycandan mühacirət etməsindən, Cəfərovun isə bir müddət həbsdə tutulmasından da bəhs edilib.///toplum.tv

Digər xəbərlər