Ali Məhkəmə Polad Aslanovun işini təxirə saldı

Bu gün Ali Məhkəmədə Polad Aslanovun kassasiya şikayətinə baxılması baş tutmayıb.
Ali Məhkəmədən "Turan"-a bildirilib ki, buna səbəb "sədrlik edən hakimin üzrlü səbəbdən olmamasıdır".
Dinləmələr fevralın 24-nə keçirilib.
"Xeberman.com" saytının təsisçisi və rəhbəri Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanətdə ittiham olunaraq 16 il azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.


