Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə etdi

Professor Adil Qeybulla hazırda həbsdə olan və 13 gündür ki, aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevlə görüşüb.
Bu barədə "Qaynarinfo"ya professor özü məlumat verib.
Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə edib: "Bununla bağlı geniş yazı yazacağam”.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


