Qətərin "Nakilat" şirkəti qaz tankerinin Fars körfəzində vurulduğunu bildirir
Foto: Rhetos, CC0, Wikimedia CommonsQətərin "Nakilat" şirkətinə məxsus mayeləşdirilmiş təbii qaz daşıyan "Al Mayeda" tankeri oktyabrın 30-u axşam Fars körfəzindən keçərkən naməlum obyektlərin zərbəsinə məruz qalıb.
"Nakilat" rəsmi saytında yaydığı bəyanatda bildirir ki, tanker idarəetməni itirməyib, hadisənin nəticələri isə hələ qiymətləndirilir.
Şirkət ekipaj və bölgədəki dəniz təhlükəsizliyi qurumları ilə əlaqə saxladığını deyir. Bəyanatda zərbəni kimin endirdiyi göstərilmir.
Hadisə ABŞ ilə İran arasında gərginliyin və Hörmüz boğazı ətrafındakı qarşıdurmanın davam etdiyi vaxta təsadüf edir. Bu gərginlik fonunda Avropada qazın qiyməti bir ayda təxminən üç dəfə artıb.


