Jurnalist, körpəsi və anası xilas edildi – YENİLƏNİB
Bakıda yaşayış binasında baş verən yanğında evdə qalan jurnalist Sevinc Fədai, onun azyaşlı övladı və anası xilas edilib.
APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilən şəxslər təcili tibbi yardım briqadasına təhvil verilib.
Məlumatlara görə, jurnalist və ailə üzvləri yanan binadakı mənzillərində huşsuz halda tapılıblar. Hazırda onların vəziyyəti yaxşıdır.
İlkin məlumata görə, yanğın nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
***
Bakıda hazırda yanğın baş verən binada jurnalist Sevinc Fədai körpəsi ilə birgə qalıb.
O, hələ ki, binanı tərk edə bilməyib.
Arqument.Az xəbər verir ki, jurnalisti və körpəsini hələ xilas etmək mümkün olmasa da, onlarla əlaqə yaratmaq mümkün olub. Onlarla hər şey qaydasındadır. FHN-in xilas edicilərinin yaxın dəqiqələrdə onları xilas edəcəyi gözlənilir.
***
Sevinc Fədai Axar.az-a açıqlamasında bildirib ki, uşaqla birlikdə evdədir: "Uşaqla birlikdə evdəyik. Anam da bizimlədir. Hələ ki, heç kim yoxdur.
Evdə yanğın yoxdur. Tüstü vurur. Çıxmaq olmur burdan. Heç kim binaya daxil ola bilmir”.
Son məlumata görə, FHN-nin havaya qaldırdığı helikopterlərin vasitəsilə Sevinc Fədai və ailəsinin xilas edildiyi bildirilsə də, məlumat hələ ki, təsdiqlənmir.
Onun nömrəsinə zəng çatmır.
Qeyd edək ki, Sevinc Fədai yazar Mövlud Mövludun həyat yoldaşıdır.

]