“İrşad Electronics” şirkətinin təsisçisinin ölüm səbəbi bilindi
Sentyabrın 14-də axşam "İrşad Telekom” MMC-nin rəhbəri Hacıyev İrad Ağahüseyn oğlu dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, yaxınlarının unikal.org-a verdiyi məlumata görə, "İrşad Electronics” şirkətinin təsisçilərindən biri olan Hacıyev İrad Ağahüseyn oğlu qəflətən ürək çatışmazlığından dünyasını dəyişib. O, evində olarkən hadisə baş verib.
Şirkət rəhbərinin naməlum şəraitdə dünyasını dəyişdiyi və intihar etdiyi iddia olunurdu.