Son dəqiqə:

Bir məntəqədə iki fərqli seçki qutusu var

23-12-2019 17:05 / Bu xəbər 291 dəfə oxundu
Məntəqə üzvü: "MSK-ın verdiyi qutulardır da"

24 saylı Nizami birinci seçki dairəsinin 13 saylı məntəqəsində seçki qutuları standartlara cavab vermir. 

Bu barədə Toplum tv-yə həmin məntəqədə olan müşahidəçi xəbər verib.

"220 saylı məktəbdə iki məntəqə fəaliyyət göstərir: 13 və 14 saylı. Lakin məntəqələrdə seçki qutuları bir-birindən fərqlənir" - o bildirib.

Məntəqə sədri Mütəllimova Şəlalənin sözlərinə görə, bu məsələdən onlar cavabdeh deyil: "MSK-dan nə veriblərsə, onu qoymuşuq". 

Digər məntəqə komissiyasın üzvü Əmirova Pakizə: "MSK-ın verdiyi qutulardır da. Biz kimik ki?"

Seçki üzrə ekspert Bəşir Süleymanlıın sözlərinə görə isə Seçki Məcəlləsinin 103.3. maddəsinə əsasən seçki qutularında yarlıqlar 1 bülletenin atıla biləcəyi ölçüdə olmalıdır. 

"Seçki Məcəlləsinə bu maddə ona görə daxil edilib ki, qanunsuzluqlar baş verməsin. Əgər belə hal baş verirsə, deməli, pozuntu üçün münbit şərait yaradırlar", - o deyib. 

Müşahidəçilər qutuların şəffalığından da şikayət ediblər. 

Müşahidəçilərdən biri  bildirib: "Qutular şəffaf deyil. Mən buradan qutunun içini görmürəm. Bunu deyirik ki, heç olmasa gələn dəfə nəzərə alsınlar".

Digər xəbərlər