Baş redaktordan saytın dağıdılması ilə bağlı yeni açıqlama
"Dünən haker hucumuna məruz qalmazdan əvvəl iki sayta və Britaniya mətbuatına istinadən dərc etdiyimiz yazıda göstərilən faktların mənbəyi ilyarım əvvələ aid bu araşdırmadır.
Yazıda Londondakı mənbəyə istinadən deyilirdi ki, Ofşorda gizli biznesi olan 37 azərbaycanlıdan biri Rövnəq Abdullayev və onun oğludur.
Yazıda bildirilirdi ki, bu istiqamətdə araşdırmalar davam edir. Bu yazıdan sonra əvvəlcə Bastainfo.com, sonra isə istinad etdiyimiz Korrespondent.az saytı haker hücumuna məruz qaldı... Adını çəkmək istəmədiyim digər saytdan sonradan həmin yazını tapmaq mümkün olmadı, - ehtimal var ki, yazını çıxarıblar".
Bunu Bastainfo.com-un baş redaktoru Mustafa Hacıbəyli feysbukda yazıb.
Baş redaktor açıqlamasında bildirib: "Bastainfo.com dekabr ayında da Rövnəg Abdullayev haqqında yazıdan sonra haker hucumuna məruz qalmışdı. O vaxt biz Gönəşli yatağındakı yanğın nəticəsində həlak olan 32 neftçinin həyatına görə Rövnəg Abdullayevin bilavasitə məsuliyyət daşıdığını və normal ölkələrdə belə hadisələrə görə vəzivə sahiblərinin istefa verməli olduğunu yazmışdıq. Həmin yazını da qisa muddətdə 40 mindən çox oxucu oxumuşdu və dərhal sonra haker hucumuna məruz qalmışdıq.
Proqramçılarımız və səhifəmizin yerləşdiyi "Bluehost" şirkətinin əməkdaşları saytın bərpası üçün işləyirlər. Oxucularımızın da dəstəyi ilə bizi susdura bilməyəcəklər".
Arqument.Az