Bakıxanovdakı yarım əsrlik Gülüstan parkında yüzlərlə ağac quruyub

İllüstrativ foto: Bakıxanov qəsəbəsi, Araz Yaquboglu, CC0, Wikimedia Commons
16-11-2026 22:41

Bakının Sabunçu rayonuna aid Bakıxanov qəsəbəsindəki Gülüstan parkında yüzlərlə ağac quruyub, parkın ərazisi zibilliyə çevrilib. Təxminən 50-60 il əvvəl salınmış parkda bu vəziyyət son aylarda yaranıb.

“Qafqazinfo” saytının parkdan hazırladığı reportajda deyilir ki, ağacların qurumasının səbəbi hələlik bəlli deyil: bunun yanğınla, qəsdən yandırılma ilə, yoxsa başqa səbəblə bağlı olduğu məlum deyil. Bəzi ağacların yanğın nəticəsində zədələndiyi və ya qəsdən yandırıldığı ehtimal olunur.

Reportajdakı iddialara görə, son vaxtlar parkın ətrafındakı fərdi evlərin, çoxmənzilli binaların və restoranların kanalizasiya suları parkın ərazisinə axıdılır və orada dözülməz vəziyyət yaranıb. Parkda müxtəlif növ ağaclar quruyaraq məhv olur.

Digər xəbərlər