Azərbaycan taekvondoçusu Adil Kazımlı Dakarda Yeniyetmələrin Olimpiya Oyunlarında gümüş medal qazanıb
Foto: Arlen from SF, CA, CC BY 2.0, Wikimedia CommonsAzərbaycan taekvondoçusu Adil Kazımlı Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə məğlub olaraq ikinci yeri tutub.
Kazımlı finala çıxmaq uğrunda görüşdə ev sahiblərini təmsil edən seneqallı Amet Diopla qarşılaşıb və qalib gəlib.
Dakar Oyunları Afrika qitəsində keçirilən ilk Olimpiya yarışlarıdır. Yeniyetmələrin Olimpiya Oyunlarında 15-18 yaşlı idmançılar iştirak edir.


