Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Urmiyə və Qəzvində 3 məhbus edam edilib

27-07-2024 13:46 / Bu xəbər 823 dəfə oxundu
Dünən Urmiyə və Qəzvin həbsxanalarında ümumilikdə 3 məhbus edam edilib. 

İranda prezident seçkilərinin başa çatması ilə bir müddətdir dayandırılan edam hökmlərinin icrası sürətlənib.

Bu barədə HRA xəbər agentliyi və İran İnsan Haqları Təşkilatı (İHR) məlumat yayıb.

Cümə axşamı, iyulun 25-də Urmiyə həbsxanasında bir məhbusun edamı həyata keçirilib. 

Məhbus Nəğədə (Sulduz) şəhərindən olan Həsən Yusifazər adlı bir məhbus olub. 

O, qəsdən adam öldürmə ittihamı ilə edam edilib.

Qəzvinin Çubindər həbsxanasında isə cümə axşamı səhər saatlarında daha iki məhbus edam edilib. 

Hər ikisi Zəncan vilayətinin Əbhər şəhərindən olan 32 yaşlı Hamid Nadiri və 37 yaşlı Əli Məhərrəmxani narkotik cinayətləri ilə bağlı ittihamlardan təqsirkar bilinərək edam olunublar.

Həbsxana rəsmiləri və ədliyyə orqanları həmin edamlarla bağlı rəsmi məlumat verməyiblər.

İHR-nin yaydığı hesabata görə, bu ilin əvvəlindən ölkədə 290 nəfər edam edilib.


Digər xəbərlər