Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Şimali İrlandiyada jurnalist öldürülüb

19-04-2019 14:50 / Bu xəbər 645 dəfə oxundu
Şimali İrlandiyanın Londonderi şəhərində ötən gecə iğtişaşlar zamanı jurnalist güllələnərək öldürülüb. 

Polis buna görə Yeni IRA adlı dissident respublikaçı qrupun məsuliyyət daşımasından şübhələndiyini bildirib.

Polisin aprelin 19-da səhər bildirməsinə görə, 29 yaşlı araşdırmaçı jurnalist Lyra McKee iğtişaş zamanı naqafil güllədən ölüb.

Jurnalist polisə Molotov kokteylləri, kərpic, butulka atılan zaman hadisə yerində olub.

McKee son tvitində polislə iğtişaşçıların qarşıdurmasını "tamamilə dəlilik” adlandırıb.

Polis rəisinin müavini Mark Hamilton deyib ki, silahlı iğtişaşlar zamanı polisə bir neçə güllə atıb.

"Bunun terror aktı olmasına inanırıq. İnanırıq ki, bunu Yeni IRA-nın zorakı dissident respublikaçıları gerçəkləşdirib”, – Hamilton vurğulayıb.

McKee Mediagazer xəbər saytının redaktoru olub, Belfastda mənzillənib.

O, əsasən, Şimali İrlandiyada on illərdir davam edən zorakılığın təsirlərini araşdırırdı.

Azadliq.org

Digər xəbərlər