Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

"Şahdağ Turizm Mərkəzi" iflas edir: zərər 100 milyon manatı keçib

15-08-2024 13:47 / Bu xəbər 1789 dəfə oxundu
Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2023-cü ili 6,682 milyon manat zərərlə başa vurub.

Xəbəri "Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən verib. 

Bildirilir ki, bu, 2022-ci illə müqayisədə 23,1 % azdır. Bununla belə, dövlət şirkətinin yığılmış zərəri 6,9 % artaraq 103,859 milyon manata çatıb.

Ötən il "Şahdağ Turizm Mərkəzi"nin birja əməliyyatlarından gəlirləri 15,249 milyon manat (əvvəlki ilə nisbətən 58,7 % çox), qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 11,777 milyon manat (2,5 % az), sair gəlirləri 0,306 milyon manat (2,6 dəfə az), satışının maya dəyəri 18,408 milyon manat (52,8 % çox), inzibati xərcləri 13,283 milyon manat (18,5 % az), maliyyə xərcləri 64 min manat (2,4 dəfə az), gəlirdən çıxılan vergilər üzrə xərcləri isə 2,259 milyon manat (15,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin aktivləri 214,159 milyon manat olub ki, bu da illik müqayisədə 29,1 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 3,5 dəfə azalaraq 0,534 milyon manata, balans kapitalı isə 28,9 % azalaraq 213,625 milyon manata düşüb.

"Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. 

Onun nizamnamə kapitalı 397,507 milyon manatdır. 

Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.


Digər xəbərlər