Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Qırğızıstan və Tacikistan hərbçiləri arasında atışma baş verib

17-09-2019 11:55 / Bu xəbər 351 dəfə oxundu
Qırğızıstan və Tacikistan arasında atışma baş verib
 
TASS verdiyi məlumata görə, atışma sərhəddə baş verib və nəticəsində səkkiz nəfər yaralanıb.

Qırğızıstan Səhiyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, yaralılardan 6-sı uşaq olmaqla yerli sakinlərdir. İki qırğız sərhədçisinin də ağır yaralandığı qeyd edilib.  

Qırğız tərəfdən hadisə yerinə gələn dörd təcili tibbi yardım briqadası tərəfindən yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. 

Bazar ertəsi Qırğızıstan Dövlət Sərhəd Xidməti atışma zamanı qırğız sərhədçilərinin öldüyünü açıqlayıb.

Bişkekdən verilən məlumata görə, münaqişəyə səbəb tacik tərəfinin mübahisəli ərazidə obyektin inşası olub. Sərhəddəki vəziyyət artıq iki ölkənin xarici işlər nazirləri tərəfindən müzakirə olunub. 

Qırğızıstan Xarici İşlər Nazirliyinin başçısı Çingiz Aidarbekov həmsöhbətinə tacik əsgərləri tərəfindən atışma zamanı minaatanlardan istifadə barədə məlumat verib. Nazirin sözlərinə görə, qırğız vətəndaşlarından birinin evi atəşə məruz qalıb.

Hazırda hadisə yerinə iki dövlətin hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə yerli hakimiyyət nümayəndələri gəlib.

Tacikistan tərəfinin dediyinə görə, atışma zamanı bir neçə Tacikistan vətəndaşı yaralanıb, onların dəqiq sayı dəqiqləşdirilir.

Adıçəkilən iki ölkə arasında sərhədin uzunluğu 970 km-dir. 

Digər xəbərlər