Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Müsavat Məclisinin üzvü sərbəst buraxıldı - YENİLƏNİB

17-06-2018 17:12 / Bu xəbər 2003 dəfə oxundu
 Müsavat Partiyasının Məclis üzvü və "Basta” saytının əməkdaşı Rüfət Baxışbəyli sərbəst buraxılıb. 

O, bütün gecəni Yasamal rayon polis idarəsinin növbətçi hissəsində keçirib.

Rüfət Baxışbəyli polisə aparılmasının yazıları ilə bağlı olduğunu təsdiqləyib. 

O, işgəncəyə məruz qalmadığını bildirib.

Bundan əvvəl vəkil Nemət Kərimli Rüfət Baxışbəylinin harada saxlandığını müəyyən etmək üçün Ombudsman Aparatına müraciət etmişdi.

Həmçinin vəkil Osman Kazımov Abşeron və Yasamal rayon polis idarələrinə müraciət etmişdi.
 
***
 
Müsavat Partiyasının Məclis üzvü və "Basta” saytının əməkdaşı Rüfət Baxışbəyli saxlanılıb.

Bu haqda "Basta”ya onun ailə üzvləri məlumat verib.

Bildirilir ki, bu gün 5 nəfər polis əməkdaşı Abşeron rayonunun Hökməli kəndində Rüfət Baxışbəylinin kirayədə yaşadığı evə gəliblər. 

Rüfət Baxışbəyli polisə aparılıb. Mülki geyimdə olan daha iki polis məmuru isə həmin evdə axtarış aparıblar. Rüfət Baxışbəylinin telefonu və paltarları götürülüb.

Axtarışa gələnlər 90 OU 065 dövlət nömrə nişanlı Niva markalı avtomobildə olublar və özlərini Yasamal rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim ediblər.

Saxlanmanın səbəbi bilinmir. Polis şöbəsindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.

Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, Rüfət Baxışbəylinin yazılarına görə saxlandığı ehtimal edilir.

***

Abşeron rayon polis şöbəsindən bildiriblər ki, Rüfət Baxışbəyli (Baxışov) onlar tərəfindən saxlanılmayıb: "Bizdə belə bir adam yoxdur, olmayıb”.

***

Yasmal rayon Polis İdarəsinin növbətçi hissəsindən də "Basta”ya bildirilib ki, Rüfət Baxışbəyli bu rayonun polis idarəsinə gətirilməyib.

***

Rüfət Baxışbəyli saxlandıqdan və onun telefonu götürüldükdən az müddət sonra onun feysbuk səhifəsi dondurulub. Bu amil, onun məhz yazılarına görə saxlandığını təsdiq edir.

Digər xəbərlər