Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Müsavat bəyanat yaydı: "...tələb edirik"

27-08-2015 18:06 / Bu xəbər 150 dəfə oxundu
Müsavat Partiyası Məclis üzvü Saday Hacılının həbsilə bağlı bəyanat yayıb.

Partiyanın mətbuat xidmətindən Arqument.Az-a daxil olan bəyanatda deyilir: 

"Bu gün səhər saatlarında Müsavat Partiyasının Məclis üzvü Saday Hacılı Şirvan şəhər Polis İdarəsinə aparılıb. İdarədə heç bir əsas göstərilmədən Saday Hacılıya "polisə tabe olmamaq” ittihamı irəli sürülüb. 

Vəkilllə təmin edilmədən, ailəsi və yaxınları məlumatlandırılmadan aparıldığı  məhkəmə onun  haqqında 20 sutkalıq həbs cəzası barədə qərar verib.

S.Hacılı Müsavat Partiyasının Şirvan rayon təşkilatının rəhbərliyində təmsil olunur, eyni zamanda təcrübəli seçki mütəxəssisidir. 

S.Hacılının Parlament seçkiləri ərəfəsində uydurma ittihamla həbs edilməsi rejimin seçki repressiyasına start verməsinin açıq nümayişidir.

Müsavat Partiyası Azərbaycan hakimiyyətindən müxalifət nümayəndələrinə qarşı apardığı təqib və təzyiqlərə  son qoymağı, partiyanın Məclis üzvü Saday Hacılını, eləcə də bütün siyasi məhbusları dərhal azad etməyi  tələb edir".

Arqument.Az
 


Bölmələr:



Digər xəbərlər