Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

"Ömründə siqaret çəkməyən Azad Həsənova narkotik ittihamı verilib" - Müsavat Partiyası

15-10-2018 14:07 / Bu xəbər 156 dəfə oxundu
Müsavat Partiyası fəalın şərləndiyini bəyan edib. 

Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü Azad Həsənova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Bu haqda "Basta”ya vəkil Osman Kazımov bildirib.

Onun sözlərinə görə, oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

İttiham məhkəmədə sübut olunarsa Azad Həsənovu əmlakı müsadirə edilməklə 5 ildən 12 ilədək həbs gözləyir. Vəkil əlavə edib ki, o, hazırda Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azad Həsənovla görüşmək üçün istintaq orqanından icazə məktubu almağa çalışır.

Azad Həsənov oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. Ailə üzvlərinin dediyinə görə o sərhədi problemsiz keçib, günortaya qədər atasıyla bir yerdə olub.

Sonra özlərini polis kiimi təqdim edən mülki geyimli şəxslər Həsənovu zorla avtomobilə oturdaraq qeyri-müəyyən istiqamətə aparıb.

Müsavat Partiyasının mətbuat xidməti Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bildirir.

"Ömründə siqaret belə çəkməyən Azad Həsənovun külli miqdarda narkotik maddə gəzdirmədə ittiham ediblər. Özü də xaricdən təyyarə ilə ölkəkəyə gəldiyi gün. Həbsi göz altına alaraq xəstə atasını görmək üçün ölkəyə qayıdan siyasi mühacir cibində narkotik gəzdirərmi? Bu ittihamı irəli sürmək absurddur və mənəviyyatsızlıqdır”, – Müsavatın mətbuat xidmətinin açıqlamasında deyilir. 

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından ailəsi ilə birgə mühacirətdədir,  2016-cı ilin yanvar ayından Litvada siyasi sığınacaq alıb.

Digər xəbərlər