Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Mitinqlə bağlı şikayət təmin olunmayıb

15-02-2018 18:49 / Bu xəbər 266 dəfə oxundu
Apellyasiya Məhkəməsinin də praktik hüquqşünasların Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı iddiası üzrə rədd qərarı verdiyi bildirilir.

Bu haqda "Turan" agentliyinə iddiaçılardan hüquqşünas Samirə Ağayeva məlumat verib.

Keçən il noyabrın 18-də hüquqşünaslar Bakıda mitinq keçirmək istəsə də, şəhər rəhbərliyi aksiyanın keçirilməsinə icazə verməmişdi.

Hüquqşünaslar əvvəlcə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, BŞİH-in qərarının qanunsuz sayılmasını istəmişdi. Ancaq məhkəmə iddianı mümkünsüz saymışdı. 

Məhkəmə qərarında deyilirdi ki, BŞİH-ə müraciət edən üç təşkilatçıdan biri sənədə imza atmayıb.

S.Ağayevanın deməsinə görə, bu gün, fevralın 15-də olan məhkəmədə BŞİH-in nümayəndəsi də iştirak edib. Hüquqşünaslar ondan xahiş ediblər ki, BŞİH-ə göndərilmiş müraciəti məhkəməyə təqdim etsin.

S.Ağayevanın bildirməsinə görə, məhkəmə müraciəti hər üç təşkilatçının imzalamasına əmin olsa da, apellyasiya şikayətini təmin etməyib.

Mübahisə üzrə hüquqi prosedurlar davam etdiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətini hüquqşünaslar Xalid Bağırov, Namizəd Səfərov və Samirə Ağayeva məhkəməyə verib.

Praktik Hüquqşünaslar Qrupu (PHQ) ötən ol vəkilliklə bağlı qanunvericiliyə edilən dəyişikliyə etiraz olaraq mitinq keçirmək istəyirdi. 

Söhbət nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsinə qoyulan qadağadan gedir.

Hüquqşünaslar mitinq istəkləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Ancaq paytaxt rəhbərliyi noyabrın 15-də onlara razılıq verməyib. 

Hüquqşünasların bildirməsinə görə, BŞİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov yazıb ki, həmin dəyişiklikləri artıq ölkə başçısı imzalayıb, ona görə də mitinqin keçirilməsi məqsədəuyğun sayılmır.///azadliq.org

Digər xəbərlər