Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Metro ilə Dəmiryol Vağzalı birləşdirilir - VİDEO

20-02-2016 00:25 / Bu xəbər 200 dəfə oxundu

Paytaxtın əsəs dəmir yol stasiyasından metroya çıxışı rahatlaşdıracaq tunel istifadəyə veriləcək. 

Arqument.az xezerxeber.com-a istinadən xəbər verir ki, bu yoldan istifadə edən sərnişinlərin həm yolu qısalacaq, həm də metroya daha tez çata biləcəklər.

Bakı sərnişinin stansiyasında aparılan əsaslı təmir tikinti işləri çərçivəsində metronun 28 may stansiyasına doğru yeni tunel çəkilib. Burda işlər başa çatdıqdan sonra sərnişinlər vaqondan düşüb turniketdən keçdikdən sonra bu tunelə daxil olaraq bir başa metronun 28 may stansiyasının qarşısına çıxa biləcəklər.

Bunda başqa əvvəl ərazidə olan keçidlərdə bu tunelə birləşəcək.

Nadir Əzməmmədov deyib ki, hazırda platformalarda da işlər gedir. İşlər yekunlaşdıqdan sonra sərnişinlər elektrik qatarlarından düşüb birbaşa "28 May" metro stansiyasına çıxış əldə edə biləcəklər.

Bu ilin sonuna kimi Bakı-Tiflisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsidə gözlənilir ki, bu da baş verdikdə dəmir yol vağzalından istifadə edəcək sərnişinlərin sayının bir neçə dəfə artacağı gözlənilir.

Onun sözlərinə görə, təmir işləri nəticəsində Vağzalın Binası tamamilə yeniləcək, burada sərnişinlər üçün yeni şərait yaradılacaq. "Vağzalda bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, kafelər, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənir". Vağzal binasında sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər. Vağzalda suvenirlər, güllər satılacaq. "Bir sözlə vağzala daxil olduqda əsl qarşılanma və yolasalma - vağzal aurası olacaq".

Stansiya ərazisində olan 16 mərtəbəli binada isə müasir otel və Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətin inzibati binası fəaliyyət göstərəcək.


Bölmələr:




Digər xəbərlər