Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

"Məhbusa məcburi qida qəbul etdiriblər, aclığı dayandırıb"

09-08-2021 18:18 / Bu xəbər 59 dəfə oxundu
Laçın Vəliyev həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına etiraz edib

"Müsavat Partiyasının sabiq üzvü Laçın Vəliyev 9 gün aclıq etdikdən sonra Pentensiar Xidmətin Müalicə Müəssisəsində ona məcburi qida qəbul etdirilib. Bundan sonra o, aclığı dayandırıb”.

Bu açıqlamanı "Müdafiə Xətti” hüquq müdafiə təşkilatı yayıb.

Bildirilir ki, Laçın Vəliyev barəsində seçilən həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına etiraz olaraq aclığa başlayıb: "Onun haqqında həbs qətimkan tədbiri oktyabrın 15-dək uzadılıb. Aclıq etdirkdən sonra saxlanıldığı Bakı İstintaq Təcridxanasında səhhəti pisləşib və Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb”.

Laçın Vəliyev martın 20-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə günahlandırılır.

Vəkil Nemət Kərimli fəala istinadən bildirib ki, ondan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının əleyhinə ifadə verməsi tələb olunub.

"Buna razı olmadıqda ona qarşı ittiham irəli sürülüb. O özünü təqsirli bilmir, ifadələrindən imtina edib, ifadələrini təzyiq alıtnda verdiyini deyib. Laçın Vəliyev vəkili vasitəsi ilə Sabunçu rayon Prokurorluğuna və Sabunçu rayon Polis İdarəsinə şikayət göndərib”, - vəkil qeyd edib.

Rəsmi qurumlar Laçın Vəliyevin həbsi ilə bağlı məlumat yaymayıb.


Digər xəbərlər