Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

"Ölkə.Az" 1 yaşını qeyd edir

25-07-2015 11:51
"Ölkə.Az" analitik informasiya portalı 2014-cu ilin iyulun 15-də fəaliyyətə başlayıb.

Azərbaycanda qısa müddət ərzində müstəqil informasiya siyasəti həyata keçirən media qurumu kimi tanınan "Ölkə.Az" saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları dərc edilir. Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv, tərəfsiz və müstəqil olaraq, şərhsiz xəbər yayır. Saytımızın işinin qurulmasında və aparılmasında redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilirlər.

1 il ərzində "Ölkə.Az" geniş oxucu auditoriyası qazana bilib. Məhz bunun sayəsində sayt qısa müddət ərzində bir sıra uğurlara imza atıb. Həmin uğurlardan biri biri də Ölkə.Az-ın ilin ən yaxşı informasiya portalı müsabiqəsində "İnformasiya və xəbərlər" nominasiyasında "NETTY 2015" Azərbaycan Milli İnternet Mükafatına layiq görülməsidir.

"Ölkə.Az" vətəndaş jurnalistikasına da geniş yer ayırır. Belə ki, redaksiyanın əlaqə vasitələri ilə oxucular qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya istər telefon, istər e-mail, istərsə də sosial şəbəkələr üzərindən operativ məlumat vermək imkanları var.

Saytın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-lər, hüquq-mühafizə orqanları ilə aktiv şəkildə əməkdaşlıq edir. "Ölkə.Az" 14 saat ərzində fasiləsiz yayımı ilə daim oxucularını ölkəmizdə və dünyada baş verən haqdisələrlə isti-isti tanış etməkdə davam. Oxucularımızın diqqəti bizim ən böyük uğurumuzdur!

Qeyd edək ki, xəbər saytının baş redaktoru Məmməd Gülməmmədov, məsul redaktoru isə Qafqaz Ömərovdur.

Bölmələr:



    Digər xəbərlər