Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

"Lapşinin iadəsini hüquqi baxımdan mübahisəli saymıram" - Hüquqşünas

08-02-2017 16:07 / Bu xəbər 146 dəfə oxundu
"Bloger Lapşinin Azərbaycana iadə edilməsi müxtəlif yanaşmalarla gündəmə gəlir. Mən bu məsələnin ifadə azadlığı çərçivəsində qiymətləndirilməsinə toxunmaq istəyirəm. Lapşin Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərini qanunsuz pozmaq və ərazi bütövlüyünü şübhə altına alan açıqlamalarla gündəmə gəlib. Yerli və beynəlxalq qanunvericiliyə əsasən məsləyindən asılı olmayaraq, hər kəs bu pozuntuya görə məsuliyyət daşıya bilər". 

Bunu Arqument.Az-a hüquqşünas Ələsgər Məmmədli  Bloger Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edilməsi məsələsinə münasibət bildirərkən deyib. 

Hüquqşünasın fikrincə, bəzi hallarda ifadə azadlığı da məhdudlaşdırıla bilər: "İfadə azadlığı mütləq azadlıq deyil və müəyyən legitim mənafelər baxımından məhdudlaşdırıla bilər. Bu legitim mənafelərdən biri də "ərazi bütövlüyü” anlayışıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci hissəsi ifadə azadlığını qoruyur, 2-ci hissəsi isə ifadə azadlığının konkret hansı hallarda qanunla legitim mənafelər üçün məhdudlaşdırıla biləcəyini göstərir. Bu mənafelərdən biri də "Milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş” çərçivəsidir".

"Lapşinin Azərbaycana iadəsini hüquqi baxımdan mübahisəli məsələ kimi görmürəm. Çünki o bir neçə dəfə Azərbaycanın rəsmi ərazisinə Azərbaycan tərəfinə xəbər vermədən və razılıq almadan daxil olub, Azərbaycanın ərazi bütövlüyünü davranış və deyimləri ilə şübhə altına alıb, bir sözlə qanunvericiliyə görə suç işləyib. Suç işləyən bunu bilərəkdən, qsədən işlədiyinə görə məsuliyyətini dərk etməli və daşımalıdır. Yəqin ki, bu qərarın qəbul olunmasında siyasi münasibətlərin də rolu olub. Amma bu rol, qanunun işləməsi lehinə oynanan roldur", - deyə Ə.Məmmədli bildirib. 

Onun sözlərinə görə, bu proses Azərbaycanın ərazilərində qondarma "dövlət” qurduğunu düşünən tərəfə də, bu saxta rejimlə əməkdaşlıq edən tərəflərə də, fərdlərə də bir xəbərdarlıqdır: "Sadəcə təəssüf ediləcək məqamlar da var. Məsələn, Rusiyanın rəsmi TV kanalları, onların jurnalistləri tez-tez icazəsiz olaraq Azərbaycan ərazisinə belə səfərlər edir, həmin saxta rejimi də bəh-bəhlə təqdim edir. Lakin həmin jurnalistlərə, TV kanallarına qarşı nəyinki cinayət işi açılır, hətta həmin kanallar Milli Televiziya və Radiosu Şurası tərəfindən kabel televiziyalarına retranslyasiya ediləcək nümunəvi efir kimi təqdim edilir. Dövləti dövlət yapan onun sistemli olmasında, hüququn aliliyinin, qanunların üstünlüyünün qorunmasında, hər kəsə bərabər davranmasındadır. Bunu hər bir məmur qulağında sırğa etməlidir".

Qeyd edək ki, bloger Aleksandr Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə saxlanıb. Yanvarda Belarus Baş Prokurorluğu Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. 

Bloger bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət verib. Yanvarın 26-da məhkəmə Belarus baş prokurorunun müavininin Lapşinin təhvil verilməsi haqqında hökmünün qanuni olduğu barədə qərar çıxarıb.

A.Lapşin Bakıda erməni separatçılarını dəstəkləməkdə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş çağırışlarda ittiham olunur. Onun həmçinin, Azərbaycana saxta sənədlərlə gəldiyi bildirilir.

A.Lapşinin eyni zamanda İsrail və Rusiya vətəndaşıdır. Bu ölkələr onun Azərbaycana təhvil verilməsinə qarşı çıxıblar.

Arqument.Az

Digər xəbərlər