Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Korrupsiyada adı çəkilən deputatlar nümayəndə heyətindən çıxarıldı

04-01-2018 18:19 / Bu xəbər 1093 dəfə oxundu
Azərbaycanın AŞPA-da nümayəndə heyətində dəyişiklik edilib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibi dəyişdirilib.

Deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Onları Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə əvəz edib.

Asim Mollazadə məlumatı Meydan TV-yə təsdiqləyib.

Bununla belə, dəyişiklik barədə kimin qərar verməsi və hansı prosedur qaydasında aparılmasına aydınlıq gətirilməyib. 

Hazırda Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

Hüquq müdafiəçisi Rəsul Cəfərov dəyişikliyi "Facebook” səhifəsində şərh edərkən bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin avropalı deputatları pulla ələ alma və digər korrupsiya ilə bağlı əməllərdə ittiham edilən iki üzvü - Elxan Süleymanov və Müslim Məmmədov nümayəndə heyətindən çıxarılıb:

"Bu faktiki olaraq bir daha onu sübut edir ki, irəli sürülən ittihamlar kifayət qədər ciddidir və hazırda Avropa Şurası daxilində fəaliyyət göstərən müstəqil araşdırma qrupu korrupsiyada adları çəkilən digər ölkələrdən olan deputatlarla yanaşı bu şəxslərin də əməllərini ciddi şəkildə araşdırırdı. Ötən il baş verən istefaları və xaric edilmələri nəzərə alsaq AŞPA korrupsiyalaşmış üzvlərdən xeyli təmizlənmiş oldu. Amma əlbəttə ki, tam olaraq bu proses bitməyib”.

R.Cəfərov xatırladıb ki, ötən ilin dekabrın sonlarında avropalı hüquq müdafiə və araşdırma təşkilatının yeni araşdırması yayılıb:

"Bu araşdırmaya görə adı korrupsiya əməllərində hallandırılan bir qrup deputat, o cümlədən hamının yaxşı tanıdığı Aqramunt, Destekse, Karin Strenz, o cümlədən Elxan Süleymanov 2015-ci ildə Makedoniya müxalifətinə qarşı (indi həmin müxalifət partiyası hakimiyyətdədir) qeyri-müəyyən bəyannamənin qəbul edilməsində və Avropa Məhkəməsinin hakimi kimi müstəqil namizədin deyil, Makedoniya prokurorluğunun əməkdaşının seçilməsində iştirak ediblər”. 

2016-cı ilin dekabrında Avropa Sabitlik Təşəbbüsü (European Stability Initiative) "Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırmasını dərc edib. 

Bu araşdırmada Azərbaycan Milli Məclisinin deputatları və yüksək vəzifəli Avropa siyasətçilərinin cəlb olunduğu korrupsiya sxemləri ifşa edilib. 

Hesabatda AŞPA-nın digər üzvlərə rüşvət verməkdə Elxan Süleymanov və Müslim Məmmədov ittiham ediliblər.///meydan.tv

Digər xəbərlər