Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

İstiqlal mələyi… - Samir Əsədli

17-10-2016 18:00 / Bu xəbər 348 dəfə oxundu
Samir Əsədli
 
Məryəm Həsənzadəni hamı istiqlalçı deputat kimi tanıyır. Onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. O, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinə səs verən 43 nəfərin içində iki qadın deputatdan biridir. Bəzi kişilər qorxudan müstəqilliyin əleyhinə səs verəndə, məhz o, ana qüruru ilə istiqlala kişi kimi səs verdi.
 
Məryəm xanım 1990-cı illərin məşhur "Demokratik Blok” adlanan fraksiyanın 25 üzvündən biri olmaqla, Ali Sovetin məşhur 4-cü mikrofonunda ilk çıxış edən deputatdır. Bugünkü Siyəzən rayonunun təşkil edilməsində onun xidmətləri əvəzsiz və danılmazdır. Rayon məhz onun təklifindən sonra yaradılıb.
 
O, bu gün Siyəzənin Gənclik adlanan qəsəbəsində yaşayır – yataqxana binasının dördüncü mərtəbəsində. Təxminən 12 kvadratmetrlik balaca bir otaqda. Otağın qarşısında, daha doğrusu, mənzilin girəcəyində 2 kvadratmetrlik darısqal mətbəx var...
 
Vəssalam, istiqlalçı deputatın yaşadığı mənzil bundan ibarətdir.
 
***
 
Onun Siyəzəndə evi yoxdur. Yataqxanadakı mənzili də pulla alıb. Özü deyir: "Şükür… Yaşayıram birtəhər. Təqaüd alıram. Düzdür, azdır, amma dava-dərmana birtəhər yetir”.
 
O, müstəqilliyə səs verib, Azərbaycanı müstəqil etdi, ancaq Bakıdan kənarda sıxıntı içində yaşayır: müstəqilliyin əleyhdarları isə ləl-cavahirat içində, Bakının mərkəzində yüksək səviyyədə yaşayırlar. O, aldığı təqaüdlə bu aydan o aya güclə keçinir.
 
Budur Azərbaycanda ədalət!
 
Gəlin, baxaq müstəqilliyin əleyhdarları necə və haralarda yaşayırlar? Azərbaycanın hər bir guşəsində möhtəşəm villaları var. Ancaq müstəqilliyə səs verən adamın müstəqil, sərbəst bir evi də yoxdur….
 
Onun xidmətləri nəinki nəzərə alındı, heç müstəqilliyin əleyhdarlarına göstərilən diqqətin yüzdə birini ona göstərmədilər. 1991-1995-ci illərdə Milli Məclisin istiqlalçı deputatlarından biri olmuş M.Həsənova ötən il məcbur oldu ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Siyəzən rayon şöbəsinə qarşı məhkəmə iddiası qaldırsın. Məryəm xanım istiqlalçı deputatlara "Əmək pensiyası haqqında” qanunla müəyyən olunan müavinətin verilməsindən imtina edilməsinə bu şəkildə etiraz etdi və haqqını istədi. Ancaq iddia təmin olunmadı. 

Budur ömrünün ahıl vaxtlarını yaşayan istiqlalçı M.Həsənzadəyə münasibət...
 
Məryəm xanım 78 yaşın içindədir. O, uzun müddət Siyəzən şəhərində məktəb direktoru, sonra isə Ana dili və ədəbiyyatdan dərs deyib. Artıq yaş senzi ilə əlaqədar təqaüdə çıxıb. Özü deyir ki, məktəbdən imtina etdim: "Müəyyən səbəblər vardı. İmtinamı deyim, üsyanmı deyim... Hər halda etiraz etdim və məktəbdən çıxdım”.
 
Bu qürurlu qadın 160 manat pensiya alırmış. Amma artıb əməkhaqqısı - 2 manat 50 qəpik! İndi 162 manat 50 qəpik alır.
 
Müstəqilliyin əleyhdarları Əli Həsənov baş nazirin müavini, Arif Rəhimzadə Milli Məclisdə komitə sədri, Mixail Zabelin deputat, Yaşar Əliyev isə səfirdir...
 
Pensiyasının miqdarını soruşanda Məryəm xanım "deməyə utanıram” söyləyir. Məryəm xanım, siz utanmalı deyilsiniz, Sizə o pensiyanı verən utanmalıdır!  
 
Məryəm Həsənzadə bu gün də 78 yaşının olmasına baxmayaraq, qurucusu olduğu Azərbaycanın gələcəyi üçün çalışır. Siyasi fəaliyyətini davam etdirir.  

O, istiqlalımızın anasıdır... Bizim anamızdır!
 
Məryəm ana bizə Azərbaycanın müstəqilliyini bəxş edənlərdən biridir. Mübarizə aparan və mübariz insanların anasıdır! 

Məryəm ana, biz Sizinlə fəxr edirik!

Digər xəbərlər