Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

İndi də mən siyasətə qarışmıram!

09-01-2016 14:41 / Bu xəbər 358 dəfə oxundu
Elnur Astanbəyli


Açığı, bu gün ölkədə yaranan acınacaqlı vəziyyətə baxıb zövq almaq üçün insan bir az manyak olmalıdır, çünki biz hamımız eyni "gəmi”nin sərnişinləriyik, o "gəmi”yə böyük sürətlə su dolursa, təhlükə zəngi hamımız üçün çalınır deməkdir. Hamımız boğulmağın bir addımlayındayıq.

Amma müəyyən həqiqətlər var ki, onları demədən keçə bilməyəcəm. Çünki indi düşdüyümüz situasiya yalnız çağdışı bir idarəetmənin əsəri deyil. Bu vəziyyəti ölkənin böyük əksəriyyəti əl-ələ verərək yaradıb.

Aclığın qapımıza dayandığı bu günlərə gəlib çıxmağımızda hər kəsin payı var:

– seçki qutusuna topa-topa bülleten dolduranın da payı var, rejimin düşmən kimi baxdığı ictimai-siyasi fəalları qondarma ittihamlarla həbsə atan hakimin də!

– müxalifətçinin cibinə nəşə atıb şərləyən polisin də payı var, yeganə günahı həqiqətləri söyləmək olan insanların üzünə duran yalançı zərərçəkənlərin, əldəqayırma şahidlərin də!

– "Evdə balalarım var” deyib haqsızlıq qarşısında susanların da payı var, "mən siyasətə qarışmıram” deyib yaşadığı ölkənin taleyinin müəyyənləşdirilməsində iştirak etməkdən boyun qaçıranların da!

Bir ovuc adamın illərdən bəridir yazmaqdan əli, söyləməkdən dili qabar olmuşdu ki, neft üzərində qurulmuş bu təntənə yaxşı heç nə vəd etmir, bahalı idman oyunlarına milyardlar səpələməklə, mənasız beynəlxalq simpoziumlara milyonlar xərcləməklə Azərbaycan haqqında reallıqdan fərqli təəssürat, görüntü yaratmaq boşunadır, elə bir gün gələcək, həqiqətdən qaçmaq mümkün olmayacaq, acı gerçəklərlə üz-üzə qalacağıq. Amma eşidən kim idi? O bir ovuc adamı hakimiyyət təbliğatına uyub ələ salırdılar, aşağılayırdılar, təhqir edirdilər. Indi belələrindən soruşuram: nə var, nə yox, necəsiniz? Devalvasiya dalınca devalvasiyaya öyrəşə, ceyran belinə qalxan ərzaq qiymətlərinə alışa bilirsinizmi, bundan da betər səfalət, işsizlik vəd edən illərə hazırsınızmı?

Milyardlarla dolların havay sovrulduğu Avropa Oyunlarına sevinməyənlərə "qanını yoxlatdırmağı” məsləhət görənləri isə ayrıca salamlayıram! Gəldiyimiz – gətirildiyimiz yer həm də sizin "əməyinizin” məhsuludur. Gedin yenə sevinin!

Illər uzunu eşitmədiyimiz söz qalmadı: "Hökumətlə hökumətlikmi edəcəksiniz? Biz onsuz da düzələn deyilik, belə gəlib belə də gedəcək. Xalqın dərdi sizəmi qalıb, el üçün ağlayan göz kor olar, bunlar yenə yeyib-doyublar, yeni gələnlər acdırlar, yeyib-dağıdacaqlar” və s. və i. a

Indi isə – iş işdən keçdikdən, böhran qapımızın ağzını kəsdirdikdən, hər kəs ölkənin hansı uçurumun astanasına gəlib çıxdığını görəndən sonra az qala hamı danışır, hamı narazıdır. Giley-güzar səsindən nə marşrut avtobuslarına minmək mümkündür, nə də çayxanalarda oturmaq. O gün bir nəfər tanış küçədə məni görüb soruşur ki, "nə olacaq bu işlərin axırı, batırıq, kredit borcları xirtdəyəcən çatıb, qohum-əqrəbanın yarısı işsiz qalıb”, falan-filan. Bilmədim nə cavab verim. Qayıdıb dedim ki, "sən canın, mənə belə suallar vermə, evdə balalarım var”. Tanışım bir az təəccüblə baxdı mənə, sonra da başını yelləyib uzaqlaşdı. Daha bilmədim, nə söyləmək istədiyimi anladı, ya yox.

Yeri gəlmişkən, illərdir ölkənin taleyinə biganə qalıb, amma indi daş öz ayağına dəyməyə başlayanda oyanan adamlar ki, var, hamısına buradan səslənirəm: "Məni görəndə ”nə baş verir”, "axırı necə olacaq” kimi suallar verməyin. Indi də mən siyasətə qarışmıram! Gedin AzTV-dən soruşun”.

Bəli, vətəndaş öz ölkəsinin bugünkü və gələcək taleyinin müəyyənləşdirilməsində iştirak etmək istəmirsə, "az aşım, ağrımaz başım” prinsipi ilə yaşayırsa, elə zənn edirsə ki, o başını aşağı salıb bir qismət çörəyini qazanırsa, deməli, artıq bütün təhlükələrdən sığortalanıb, bax onda həmin ölkə gec ya tez, fərq etməz, bir gün bugünkü duruma düşür. Bir gün ayılıb görür problem bataqlığının ortasındadır, dörd tərəfini çarəsizlik, çıxılmazlıq bürüyüb.

Bir sözlə, uca millət, sevgili xalq, korrupsioner hakimiyyətin, çağdışı idarəetmənin, oliqarxik rejimin məsuliyyəti, cavabdehliyi öz yerində, amma "niyə belə oldu”, "niyə bu günə düşdük” tipli sualların cavabı həm də sənsən!

…Elə "axırı necə olacaq” sualının da bir cavabı səndə gizlidir. Sən necə istəsən, o cür də olacaq…

azadliq.info


Bölmələr:


Digər xəbərlər