Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

İctimai fəalın harada olması bəlli deyil

21-11-2023 01:07 / Bu xəbər 881 dəfə oxundu
"Vəkili saatlardır axtarır, ondan xəbər ala bilmir”

Noyabrın 20-də ictimai fəal Məhəmməd Kekalov evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb.

Bu barədə məlumat yayan "AbzasMedia” bildirir ki, ictimai fəalın anasını yaxınına buraxmayıblar və evdən zorakılıqla çıxarıblar. 

Saxlanılarkən polis heç bir məhkəmə qərarı təqdim etməyib və onun kompüteri də daxil olmaqla, şəxsi əşyaları müsadirə olunub.

Məhəmməd Kekalovun qardaşı bildirib ki, vəkili saatlardır bütün axtarışlara baxmayaraq, ondan hələ də heç bir xəbər ala bilməyib.

"AbzasMedia”nın direktoru Ülvi Həsənlidən noyabrın 20-i səhər saatlarından xəbər  kəsilib. 

Daha sonra məlum olub ki, o, Bakı şəhər Baş Polis İdarəsindədir.

Noyabrın 20-də gün ərzində "AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində axtarış aparılıb. Hələlik, onun hansı səbəblə həbs edilməsi barədə məlumat verilməyib. 

Vəkili Zibeydə Sadıqova Bakı Şəhər Baş Polis İdarəsinə gedib və müvəkkilinin həbsinin səbəbini araşdıracağını bildirib.

Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə beş saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul "aşkarlayıblar”.

"AbzasMedia” isə açıqlama yayaraq bildirib ki, ofisdə aşkarlandığı iddia edilən vəsait onlara aid deyil və istintaq orqanlarının məqsədli şəkildə fəaliyyətlərini dayandırmaq, Ülvi Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir.

Ülvi Həsənlinin nə səbəblə saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) məlumat almaq mümkün olmayıb.

"Abzas Media” son zamanlar daha çox araşdırma materialları ilə tanınır. 

Media qurumu Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı tez-tez araşdırmalar dərc edir.


Digər xəbərlər