Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

İcra başçısının “darğası” sürücünü döydü - Neftçalada

14-07-2016 17:03 / Bu xəbər 81 dəfə oxundu

Neftçalada "Gəncəli Rafiq” terror əsdirməkdə davam edir və ona icra başçısına arxayın olan bu şəxsə heç kim dur demir

Bu gün səhər saatlarında Neftçala rayonunda daha bir qalmaqal baş verib. Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sağ əli olaraq bilinən və İsmayıl vəliyevin adından Neftçalanı idarə edən Rafiq İibrahimov sürücünü təhqir edərək döyüb. 


AzMedia.info saytına Neftçaladan daxil olan məlumata görə bu gün səhər saatlarında Neftçala rayonunda Neftçala-Gəncə marşurutu ilə işləyən Tofiq adlı sürücü icra başçısının sağ əli olaraq bilinən "Gəncəli Rafiq” adı ilə tanınan şəxs tərəfindən döyülüb. Qeyd edək ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev də Gəncəli olduğundan rayonunun bütün idarəsini yerlisinə verib və hazırda Rafiq İbrahimova Neftçalada İsmayıl Vəliyevin "darğası” deyilir.

Belə ki, Neftçaladan daxil olan məlumatda bildirilir ki, icra başçısının adından Neftçala avtovağzalını idarə edən Rafiq İbrahimov bir neçə gün əvvəl Nəqliyyat Nazirliyinin izni olmadan qanunsuz olaraq yeni Neftçala-Gəncə marşurutu yaradıbyaradıb. Nəqliyyat Naziryiyinin müvafiq marşurutunda  Gəncə-Neftçala reysini həyata keçirən Tofiq adlı şəxs buna etiraz edib və nəticədə icra başçısının "darğası” tərəfindən ağır şəkildə təhqir olunaraq döyülüb.


Bildirilir ki, insidentlə bağlı Neftçala-Gəncə marşurutunun sahibi Tofiin Nəqliyyat Nazirliyinə, Baş Prokurorluğa şikayət məktubu ünvanladığı bildirilir. Hazırda rəsmi qurumların Rafiq İbrahimov tərəfindən qanunsuz olaraq açdığı Neftçala-Gəncə marşurutunu araşdırmağa başladıqları qeyd olunur.   

Xatırladaq ki, Rafiq İbrahimov tez-tez qanunsuz əməlləri ilə gündəmə gəlir. Bundan əvvəl də Neftçala rayon İcra Hakimiyyətinin başçısının "darğası” barədə Neftçalanının Tataraməhlə kəndindən mətbuata daxil olan məlumatda qeyd olunurdu ki, rayonda arpanın qiyməti 15-16 qəpik olduğu halda Rafiq İbrahimov taxılı ona 10 qəpiyə satmağa məcbur edir. Bildirilirdi ki, Kür çayının üstündəki körpülərdə polis postları qoyduran Rafiq İbrahimov kəndlərdən taxıl toplayan yük maşınlarını əraziyə buraxdırmır və kəndlilərdən arpanı ona 10 qəpiyə satmağı tələb edir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzMedia.info

Digər xəbərlər