Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

İcra başçısı Ukraynada daha bir şirkət açdı (FOTO)

29-07-2019 15:59 / Bu xəbər 287 dəfə oxundu
"Avropanın üç ölkəsində şirkətlər, hətta Ukraynada zavod və kombinat açan bir icra başçısının ciddi korrupsiya araşdırması tələb edən fəaliyyəti barədə dəfələrlə faktlar, sənəd-sübutlar təqdim etmişik. Söhbət Qubanın tamahı və əməlləri böyük "balaca kralı” Ziyəddin Əliyevdən gedir”.

Bu sözləri sosial şəbəkəsindəki hesabında jurnalist Cavanşir Həsənli yazıb.

O, yazısında sənəd də əlavə edərək bildirir ki, Ukraynanın Lvov vilayətinin Mikolayevsk rayonunda 10 milyon dollar investisiya ilə asfalt zavodu açan işbaz icra başçısının fəaliyyətinə hüquqi qiymət verilməyəcəyi əvvəldən aydın idi. Amma o qədəri əsla gözlənilən deyildi ki, "balaca kral” özü haqqında bu qədər detallı, imzalı, möhürlü sənədlər ortaya çıxandan sonra acığa Ukraynada yeni bir şirkət də açacaq:

"Deməli, Ziyəddin Əliyev bu qədər ifşa olunandan sonra bu ilin aprelin 1-də Mikolayevskdə, İvan Mazeli 21/5 ünvanında SMANBUD TOV, yəni MMC qeydiyyatdan (şəhadətnamə nömrəsi 42809651) keçirib. Bu şirkət də yol tikintisi sahəsində fəaliyyət göstərməyə başlayıb.

Düzdür, şirkət Hacıyev Vüqar İsgəndər oğlunun adına rəsmiləşdirilib. Bu şəxs Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərini idarə edən əsas adamıdır və icra başçısının rəhbərlik etdiyi rayonun Maliyyə İdarəsinin müdiri olan Hacıyev Ruslan İskəndər oğlunun qardaşıdır. Hansı ki, Ziyəddin Əliyev Mikolayevskdə ilk dəfə "Alov” zavodunu açarkən də məhz onu direktor təyin etmişdi.

Beləliklə, Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərinin sayı 6-ya, ümumən xaricdəki şirkətlərinin sayı 8-ə çatıb:

1. ALOV ASFALT ZAVODU
2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ
3. "ALOV” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
4. "ALOV TİCARƏT EVİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
5. "ALOV-BUD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ”.

Digər xəbərlər