Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

"Hafka"nın 30 şirkəti bağlandı

13-10-2016 09:53 / Bu xəbər 154 dəfə oxundu
Azərbaycanda yenidən təşkil olunaraq ləğv edilən 30 şirkətin bəzisi bu və ya digər şəkildə daşımaçılıq və biznesin başqa sahələrində tanınan, ancaq son vaxtlar biznesin qürub dövrünə qədəm qoyan Hafiz Məmmədova bağlıdır.

Arqument.az xəbər verir ki, AzadlıqRadiosu şirkətlərlə bağlı Vergilər Nazirliyinin yönəltdiyi məlumat bazasındakı bilgiləri təhlil edərək bu qənaətə gəlib. Oktyabrın 12-də 31 şirkət ortaq qərarını açıqlayıb. 

Qərara görə, onların 30-u bir şirkətə – «Ram-Nur» MMC-yə qoşularaq ləğv olunurlar. Bunların arasında işadamı Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupunun ən azı iki üzvü – «Elit Catering Company» və «Candy Baku» MMC-lər də var.

KSM Şirkətlər Qrupunun korporativ saytı bağlanmazdan öncə, qrup bu şirkətləri öz strukturunda təqdim edib.

«Candy Baku» MMC-nin təsisçisi və direktoru olan Eldar Rasim oğlu İsmixanov KSM Şirkətlər Qrupunun başqa bir üzvünə – «KSM Property» MMC-yə rəhbərlik edir. Onun atası Allahverdi isə qrupun digər şirkətinin – «BQ-Trans» MMC-nin direktorudur.

Ləğv olunan şirkətlərin böyük əksəriyyəti, o cümlədən onların qoşulduğu «Ram-Nur» MMC də Hafiz Məmmədovun sahibi olduğu «Baghlan Group» FZCO (Birləşmiş Ərəb Əmirliklərində – BƏƏ-dir) şirkətinin Azərbaycandakı nümayəndəliyinin yerləşdiyi ünvanda – Bakı şəhəri, Həsən Əliyev küçəsi, 24 nömrəli binada qeydiyyatdadır.

Yaxud «A-Trade» MMC isə Hafiz Məmmədovun BƏƏ-də yaratdığı «Baghlan Group»un Bakıdakı filialının başqa bir ünvanında – Şəmsi Rəhimov küçəsi, ev 45-də dövlət qeydiyyata alınıb. Rəsmi məlumata görə, onun yeganə təsisçisi Fəxrəddin Səlimovdur. «A-Trade» MMC-nin direktoru Ramin Mehdiyevin qardaşı Kamal Mehdiyev «Bakı» peşəkar idman klubunun direktorudur. İş dünyasında həm də «Hafka» kimi tanınan Hafiz Məmmədov bu klubun prezidentidir.

Ləğv olunan şirkətlərin böyük bir hissəsi 2008-2012-ci illərdə – kommersiya qurumlarının təsisçiləri haqda məlumatların ictimaiyyətə açıq olduğu dövrdə qurulub. Həmin məlumatlardan onları ayrı-ayrı şəxslərin yaratdığı üzə çıxır.

Otuz şirkəti öz içində əridən «Ram-Nur» MMC haqqında isə ictimaiyyətə, demək olar, heç nə məlum deyil. 2012-ci ilin avqustunda yaradılan şirkətin, elə digər 30 şirkətin də çoxunun nə işlə məşğul olduğu bilinmir. Ötən ilədək «Elit Catering Company» və «Candy Baku» MMC-lər qida sektorunda çalışıb. KSM Şirkətlər Qrupu bəyan edirdi ki, «qrupa onlarla şirkət daxildir».

Arqument.Az

Digər xəbərlər