Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

"Elman Rüstəmov bildiklərini gizlədib..."

29-09-2016 14:47 / Bu xəbər 218 dəfə oxundu
"Elman Rüstəmov fikirlərini bölüşsəydi, biz ən azı 6 il qabağa düşə bilərdik".

Qaynarinfo.Az xəbər verir ki bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov öz şərhində deyib.

Əkrəm Həsənov bildirib ki, son zamanlar tez-tez belə fikir səslənir ki, cari iqtisadi böhran onunla bağlıdır ki, biz post-neft dövrünə 10-15 ildən sonra qədəm qoyacağımızı gözləyirdik: "Amma "biz" deyəndə bir nəfəri istisna etmək lazımdır: Belə ki, Mərkəzi Bankın sədri 2010-cu ildə Moskvada "Neft ixrac edən ölkələrdə makroiqtisadi siyasət və institusional inkişaf (Azərbaycanın misalında)” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında post-neft erasının 2011-ci ildən başlanacağı və görülməli olan tədbirlər haqda yazmışdı. Belə ki, o cümlədən belə yazıb: "təxmini 2011-ci ildə Azərbaycanda neft hasilatı pik nöqtəsinə çatacaq, bundan sonra azalacağı proqnozlaşdırırlır... Passiv siyasət sayəsində qeyri-neft sektoru neft sektorunun artma templərinin enməsini kompensasiya və büdcənin və tədiyə balansının dayanıqlığını təmin edə bilməz. Buna görə də iqtisadiyyatın total yenidən balanslaşdırılması zərurəti yaranır ki, bu zaman iqtisadi artım mənbələrinin dövlət sektorundan özəl sektora keçirilməsi tələb olunur. Birbaşa investisiyaların cəlb olunmas və təhsilin keyfiyyətinin artırılması bazasında iqtisadiyyatın diversifikasiyası və onun ixracının genişləndirilməsi üzrə tuşlanmış streategiyanın gerçəkləşdirilməsi tələb olunur”".

Ekspertin sözlərinə görə, faktiki olaraq, Elman Rüstəmov 6 il əvvəl hətta bu gün hələlik yalnız hazırlanan post-neft dövrünün iqtisadi inkişafı üzrə yol xəritəsinin də istiqamətlərini təklif etmişdi:" Kişi bilirdi də! Amma görəsən niyə bu qiymətli fikirlərini dövlət rəhbərliyi ilə də bölüşməmişdi? Bölüşsəydi, ən azı 6 il qabağa düşə bilərdik və böhrana da düşməzdik. Ən əsası isə onun dissertasiyasını oxuyan əcnəbilər bizə deməzlər ki, post-neft erası sizin üçün necə gözlənilməz oldu ki, baş bankiriniz bunu bilirdi və hətta təklifləri də var idi? Axı Siz niyə belə iş tutdunuz, Elman müəllim? Axı bunu xəyanət kimi də qiymətləndirmək olar! Vətənpərvər insan da qiymətli fikirlərini xalqdan və dövlətdən gizlədər?!" - deyə ekspert çoxlu suallar ünvanlayıb.

Arqument.Az

Digər xəbərlər