Əliyev Ermənistanla sülh sazişinin bir ildən çoxdur imzalanmamasının səbəbləri olduğunu deyib
Arxiv foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia CommonsPrezident İlham Əliyev noyabrın 8-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat bəyanatında deyib ki, Azərbaycan və Ermənistan sülh sazişini bir ildən çox əvvəl parafladığı halda, son imza hələ atılmayıb. Onun sözlərinə görə, bunun müəyyən səbəbləri var.
“Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq”, - Əliyev deyib.
İki ölkənin sülh sazişinin mətni 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanıb. Bakı imzanı Ermənistanda yeni Konstitusiya qəbul olunandan sonraya saxlayır: Azərbaycan Konstitusiyanın preambulasındakı Müstəqillik Bəyannaməsinə istinadı özünə qarşı ərazi iddiası sayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan bir gün əvvəl deyib ki, Əliyev şəxsi söhbətlərdə Konstitusiya məsələsinin Ermənistanın daxili işi olduğunu qəbul edib, amma Bakı mövcud konstitusiya müddəaları ilə sazişi imzalamağa və təsdiqləməyə hazır olmadığını bildirir.
Şuşadakı çıxışında Ərdoğan da mövzuya toxunub. “Azərbaycanın haqlı mübarizəsinə sahib çıxdığımız kimi, regionumuzda davamlı sülhün bərqərar olması üçün göstərdiyi səmimi səyləri də dəstəkləyirik”, - Türkiyə Prezidenti deyib.


