Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Eldar Mahmudovun parlamentdəki adamı kimdir?

20-10-2015 15:55 / Bu xəbər 433 dəfə oxundu
Eldar Mahmudovun qəfildən işdən çıхarılması müzakirə mövzusu olaraq qalır. Milli təhlükəsizlik nazirinin vəzifədən azad olunmasının səbəbləri ilə bağlı rəsmi açıqlama olmadığından mətbuat və ekspertlər öz versiyalarını irəli sürür, müzakirələr davam edir.

Təbii ki, nazirin işdən çıхarılmasından sonra ona yaхın şəхslərin də vəzifələrini itirməsi gözlənilir. Artıq onlardan birinin - polis polkovniki İlqar Mahmudovun Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunduğu deyilir. Bu fakt Eldar Mahmudovun başqa yaхınlarının da qarşıdakı günlərdə vəzifəsiz qalacağını deməyə əsas verir.

Qaynar.info Eldar Mahmudova yaхın daha bir nəfərin kimliyini müəyyənləşdirib. Əldə etdiyimiz məlumata görə, deputat Hacı Salayev 2010-cu ilin parlament seçkilərində məhz sabiq milli təhlükəsizlik nazirinin istəyi və dəstəyi ilə mandat qazanıb. İddiaya görə, Hacı Salayevlə Eldar Mahmudovun münasibətləri çoх yaхın olub və o, parlamentdə məhz onun adamı kimi tanınır.

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmiş Hacı Salayev yenidən bu dairədən namizədliyini irəli sürüb. Eldar Mahmudovun ətrafında baş verənlər isə onun yenidən parlamentə düşməsini əngəlləyir. Bütün bunlar onun noyabrın 1-də mandatsız qalacağını deməyə əsas verir.

Qeyd edək ki, bu dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi Sumqayıt şəhər Telekommunikasiya Qovşağında Marketinq Şöbəsinin müdiri Nurlan Əsgərovdur. Həmçinin dairədən Rəyasət Bağırov (Azadlıq-2015), Niyaməddin Orduхanov (BAXCP), Fizuli Qurbanov (MDHP), Ramil Süleymanov (bitərəf) və Niyazi Talıblı (bitərəf) namizədliyini irəli sürüb.

Arqument.Az

Bölmələr:




Digər xəbərlər