Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Ekspert komitə sədrinə cavab verdi

05-03-2021 17:10 / Bu xəbər 2714 dəfə oxundu
Rövşən Ağayev: "Devalvasiyanın gömrük yığımlarına təsiri məsələsində mübahisəyə yer yoxdur”

"Komitə sədri devalvasiyanın təsirini mümkün saydığı üçün müqayisəni 2015-ci illə yox, 2018-ci illə aparmağı təklif edir. Devalvasiyadan əvvəlki dövrlə müqayisə aparsaq, 2018-ci ildə idxalın ümumi dəyərinin vergiyə cəlbolunma əmsalı ilə 2014-cü ilin göstəricisi eyinidir”. 

Bunu iqtisadçı Rövşən Ağayev şəxsi sosial media hesabında yazıb.

Martın 4-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin iştirakı ilə "2020-ci ilin yekunları, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçirilib.

Konfransda komitə sədri son dövrlərdə bəzi ekspertlər tərəfindən xarici ticarət dövriyyəsinin statistik göstəriciləri əsasında yanlış üsullarla hesablamalar aparıldığını və nəticədə ortaya çıxan rəqəmlərin cəmiyyətdə gömrük orqanlarının fəaliyyəti haqqında həqiqətə uyğun olmayan rəyin formalaşmasına yol açdığını diqqətə çatdırıb. Bildirilib ki, gömrük orqanları fəaliyyətini qanunvericiliyin tələblərinə əsasən şəffaf şəkildə qurub və bu barədə mütəmadi olaraq cəmiyyət məlumatlandırılır.

İqtsadçı ekspert Rövşən Ağayev devalvasiyanın gömrük yığımlarına təsiri ilə bağlı sosial mediada fikirlərini paylaşdığı üçün S.Mehdiyevin qeyd etdiyi ekspertlər arasında olduğunu düşünür: "Komitə sədri çıxışında iqtisadi təhlilçiləri aşağılayan ifadələr işlədərək bəzi ekspertlərin gömrük yığımlarının artımını devalvasiya ilə əlaqələndirdiyini bildirdi və buna da Komitənin uğurlarını kiçiltmək kimi yozdu”. 

Ekspert devalvasiyanın gömrük yığımlarına təsirinin danılmaz olduğu qənaətindədir: "Devalvasiyanın gömrük yığımlarına təsiri məsələsində mübahisəyə yer yoxdur, sadə riyazi hesablamalardır. Xarici ticarət, xarici valyuta, əsasən ABŞ dolları ilə aparılır, rəsmiləşdirmə gününə Mərkəzi Bankın məzənnəsi ilə milli valyutaya çevrilərək gömrük vergi və rüsumları hesablanır. Məsələn, 2014-cü ildə 9.2 mlrd. dollarlıq idxal manat ifadəsində 7.2 mlrd. manat idi, amma tutaq ki, 2018-ci ildə 9.2 mlrd. dollarlıq idxal 15.7 mlrd. manat olur. Aydın məsələdir ki, vergi və rüsum dərəcələrinin sabit qaldığı şəraitdə 2014-cü ildə 1.5 mlrd. manatlıq yığım 2018-ci ildə ən azından 3 mlrd. manat olmalıdır. Komitə sədri devalvasiyanın təsirini mümkün saydığı üçün müqayisəni 2015-ci illə yox, 2018-ci illə aparmağı təklif edir. Devalvasiyadan əvvəlki dövrlə müqayisə aparsaq, 2018-ci ildə idxalın ümumi dəyərinin vergiyə cəlbolunma əmsalı ilə 2014-cü ilin göstəricisi eyinidir”. 

R.Ağayev bildirir ki, 2014-2018-ci illərdə gömrük yığımlarının artımı birmənalı olaraq manatın dəyərsizləşməsi ilə bağlıdır: "2019-cu ildə 2018-ci illə müqayisədə təxminən 1 miyard manatlıq artım isə təbii ki, devalvasiyanın hesabına deyil. Bəs nəyin hesabınadır?” 

Bu suala cavab olaraq iqtisadçı deyir ki, birinci amil son illər idxal üçün aksiz dərəcələrinin kəskin artırılmasıdır: "2017 ci ilə nisbətən aksizlərdən daxilolmaların 3 dəfəyə yaxın artımı da bunu təsdiq edir. İkinci amil də var, amma DGK bir suala dəqiq cavab versə, həmin amillə bağlı öz versiyamı yazacam. Niyə 2017-ci ilədək "Comtrade” bazasına əsasən "güzgü statistikası"nda Azərbaycan tərəfinin göstərdiyi idxal xarici tərəfdaşların göstərdiyindən ən azı 35-40% az olurdu, amma 2018-ci ildən başlayaraq, əksinə Azərbaycan tərəfi az qala 25-30% çox görünməyə başladı?”


Digər xəbərlər