Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

"Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir" - Ekspert

27-09-2016 14:18 / Bu xəbər 118 dəfə oxundu
"Eyforiyaya qapılıb manatın bahalaşacağını gözləməyə dəyməz. Çünki manatın bahalaşmasını şərtləndirən amil yoxdur".

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev maliyyə nazirinin manatla bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Samir Əliyev bildirib ki, dünən maliyyə naziri və baş bankir manatın durumu ilə bağlı qısa olsa da maraqlı açıqlamalar verdilər. 

Bu açıqlamalardan aşağıdakı nəticələrə gəldim:

1. Manatın üzən məzənnəyə nəzəri olaraq keçib, məzənnə sərt şəkildə idarə olunur

2. Manatın mövcud məzənnəsi real deyil, bazarın öhdəsinə buraxılarsa, daha da aşağı düşər

3. Hökumət kəskin devalvasiyaya imkan daxilində getməyəcək, ancaq yumşaq devalvasiya davam etdiriləcək

4. Manatın məzənnəsi tədiyyə balansının vəziyyətinə uyğun tənzimlənəcək 

4. Mərkəzi Bank pul kütləsini artırmaq niyyəti yoxdur. Hətta bu baş versə belə digər alətlər vasitəsilə (məsələn, depozit hərracı) bazara yol tapmasına imkan verməyəcək

5. Dövlət büdcəsinin xərcləri getdikcə kiçilməkdə davam edəcək

6. İdxal müxtəlif üsullarla məhdudlaşdırılacaq

7. Əhaliyə kreditlər üzrə güzəştlər olmayacaq

Ekspertin sözlərinə görə, burda yeni fikirlər yoxdur:"Ekspertlər həmişə bu fikirləri səsləndirilib. Maliyyə kapitanlarının fikirlərində isə ehtiyatlılıq kifayət qədər sezilirdi. Xüsusən də manatın məzənnəsinə münasibətdə. Ancaq Mərkəzi Bankın rəhbərinin "məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir” fikrinə rəğmən maliyyə nazirinin manatın möhkəmlənəcəyi ilə bağlı ümidləndirici fikri diqqətdən kənarda qala bilməzdi. Əslində maliyyə naziri də bunun ancaq bir sıra şərtlər daxilində mümkünlüyü qeyd edib. 

O şərtlər isə hazırda yoxdur. Ona görə də eyforiyaya qapılıb manatın bahalaşacağını gözləməyə dəyməz. Çünki manatın bahalaşmasını şərtləndirən amil yoxdur. Yeganə şərt olan neftin bahalaşması hələki real görünmür. Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir".

Arqument.Az

Digər xəbərlər