Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Bələdiyyə üzvü təkadamlıq aksiya keçirməyə cəhd edib

20-06-2020 01:09 / Bu xəbər 794 dəfə oxundu
Polislər Vəfa Nağının aksiya keçirməsinə mane olmağa çalışıb

Neftçala rayonu Xolqaraqaşlı bələdiyyəsinin üzvü Vəfa Nağı iyunun 19-da Daxili İşlər Nazirliyin qarşısında təkadamlıq aksiya keçirməyə cəhd edib. Gənc fəal aksiyaya başlayarkən polislər onu ərazidən uzaqlaşdırıblar.

Vəfa Nağı üzvü olduğu bələdiyyənin sədri Əlibala Səlimovun hərkətlərinə etiraz olaraq təkadamlıq aksiya keçirdiyini bildirib. O deyib ki, Əlibala Səlimovla bağlı 60-a yaxın şikayət məktubu yazsa da, barəsində heç bir tədbir görülmür. Vəfa Nağı bildirib ki, yerli bələdiyyə sakinlərin şikayətlərinə etinasız yanaşır:

"Onlar yerli polislə əlbir işləyir, kənd icra nümayəndəsi, bələdiyyə sədri və rayon Polis İdarəsi mənim sosial şəbəkələrdə yazdığım bütün statuslardan xəbərdardırlar, özləri bunu gizlətmirlər də. Çünki mən onların qeyri-qanuni əməllərindən yazıram. Mən bələdiyyənin maliyyə hesabatını istədim, amma şifahi desələr də, sənədləri vermədilər. Və iclası canlı çəkməyə başlayanda, sədr və mühasib qaçdılar”.

Vəfa Nağı bildirib ki, ona qarşı təzyiqlərin bir səbəbi var, onu susdurmaq:

"İstəyirlər ki, onların qanunsuz torpaq satışları barədə danışmayım. Ona görə kəndə şəkillərimi yaydılar ki, kənddən qaçım. Bələdiyyə sədri özü əxlaqsız olduğu üçün məni də bu yolla vurmaq istəyir. Məsələ ondadır ki, poçtda işləyənin də həmin şəkilləri cırmağa cəsarəti çatmayıb, çünki hər kəs bələdiyyə sədrindən qorxur və onunla əlbir işləyir. Hazırda məqsəd məni bezdirib kənddən getməyimə nail olmaqdır. Amma onların niyyəti baş tutmayacaq”.



Digər xəbərlər