BDU-ya yeni rektor təyin edildi

Bakı Dövlət Universitetinə yeni rektor təyin edilib.
Bu barədə prezident İlham Əliyev martın 11-də sərəncam imzalayıb.
Sərəncama görə, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
E.Babayev rektor təyin olunana qədər Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru postunu tutub.
Prezidentin 2018-ci il noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.
