Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Bakıda oliqarxın 2 məşhur şadlıq sarayı satışa çıxarıldı

16-02-2017 20:00 / Bu xəbər 1980 dəfə oxundu
İqtisadi böhran toy biznesindən yan keçməyib. Son zamanlar paytaxtımızda satışa çıxarılan şadlıq evlərinin sayı artır. Fins.az-ın araşdırmasına görə, indi Bakının 2 məşhur şadlıq sarayı satışa çıxarılıb.

Söhbət Yasamal rayonunda yerləşən "Filiz” Şadlıq Sarayı və 8-ci kilometrdəki "Şərq Saray”dan gedir.

Məlumata əsasən, ümumi sahəsi 18 sot olan "Filiz” şadlıq sarayı "Quzu” restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan "Filiz” sahibinə ayda 25 min manat gəlir gətirir.

"Şərq Saray” ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə daha artıqdır – 12 milyon manat.

"AzPolitika.info”-nun məlumatına görə, bu sarayın sahibi Naxçıvanlı iş adamı İman Quliyevdir. İ.Quliyev çoxsaylı obyektlərin – "Romanc” Palas şadlıq evi, "Şərq Saray” şadlıq evi, "Xalqlar Dostluğu” ticarət mərkəzinin, "Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Eyni zamanda tikinti sektorunda da ciddi payı var. 

Hakimiyyətdəki iki nüfuzlu generalla qohumluq əlaqələri olan İ.Quliyevin son vaxtlar öz biznesini xaricə köçürdüyü haqda məlumatlar var. Bu baxımdan "Şərq Saray”ın satışa çıxarılması maraq doğurur. Görünür iş adamının nağd pula ciddi ehtiyacı yaranıb.

Digər xəbərlər