Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

"Azərbaycan kənd təsərrüfatına təhlükə var" - USAID

28-06-2018 18:03 / Bu xəbər 1093 dəfə oxundu
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi (AgroCenter) ilə birgə Azərbaycan hökumətini və özəl sektoru kənd təsərrüfatına ciddi təhlükə ilə bağlı xəbərdar edib.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir. 

Məlumata görə, USAID və Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi bununla bağlı dinləmələr keçirib.

Məlumatda qeyd edilir ki, qəhvəyi qalxanlı zərərli bağacıqlar 200-dən çox çeşiddə meyvə və tərəvəzlə qidalanan bir zərərverici böcəkdir.

USAID 2017-ci ildə təhlükəni izləmək məqsədilə fəaliyyətə keçərək 2018-ci ildə monitorinq işlərinin genişləndirilməsini planlaşdırır. 

USAID, AgroCenter təşkilatı ilə birgə Azərbaycanda bu zərərvericinin hücum edə biləcəyi bütün sahələri əhatələyən izlənmə planı hazırlayıb.

Şərqi Asiyaya məxsus bu böcək Cənubi Qafqaz regionunda yeni zərərvericicidir və təkcə 2017-ci ildə Gürcüstanda 100 milyon dollarlıq meyvə və fındığı məhv etdiyi qeyd edilir

Gündə 100 km-dən yuxarı məsafəyə avtomobil və yük maşınlarında səyahət edə bildiyindən bu böcək uzun məsafələri asanlıqla qət etməklə Gürcüstan ərazisində sürətlə yayılıb. Onların son zamanlar Şəmkirdə də aşkar edildiyi bildirilir.

Məlumatda həmçinin vurğulanır ki, zərərli bağacıq Azərbaycanda da Gürcüstanda olduğu kimi eyni sürətlə yayılarsa bu təhlükəni aradan qaldırmaqdan ötrü dövlət və özəl sektorun təcili olaraq birgə işləməsinə ehtiyac yaranacaq.

"USAID və AgroCenter bu təhlükə barədə məlumatların artırılmasını davam etdirəcək. Azərbaycan hökuməti ilə birgə bu zərərvericilərin kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən meyvə və fındıqlara hücum etməsinə qarşı fəaliyyət planının işlənib hazırlanmasına hazırdır”, - məlumatda yazılır.

Digər xəbərlər