Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Aydınlıq ili- Elkin Xəlilov

31-07-2015 15:06
2015-ci il hələ bitməyib. Bu sözü deməklə yeni dünya kəşf etmədim, yəni hələ bitmədiyini xatırladıram. 

Bilmirəm kimin üçün necə keçdi, keçir, keçəcək... Mənim üçün çox maraqlıdır. Maliyyə cəhətdən mən də bir xeyli əziyyət çəkdim. Yaxşı pul olmayanda da, ilin necə gəlib-getməsi maraqsız olur. 

Nəsə məsələ budur ki, 2015-ci il mənə görə aydınlıq ilidir. Günəş Cənubi Qafqaz üzərindən Azərbaycan torpağına öz parlaq şüalarını qərq edir. Nəticədə ölkəmiz dayanmadan aydınlanır, başqa-başqa qapılardan yeni-yeni adamlar peyda olur. 

Məsələn, illərlə müxalifətçilikdən dərs deyənlər, biz bu ölkənin yeni müxalifətiyik deyənlər ölkədə "siyasi məhbus" olmaması ilə bağlı olan qətnaməyə qol çəkdilər. Bununla da söhbət həll  edildi. Daha zəhlətökənlik edilmir. Rahat-rahat hamı öz pulunu qazanır. 

İkinci bir məsələ isə gəlib çıxdı müstəqil media adına namizəd olanlara. "Biz bitərəfik", "media tərəfsiz olmalıdır" deyənlər də "siyasi məhbus yoxdur" bəyanatına qol çəkdilər. Bu adamlardan da canımız qurtuldu. Son bir-iki ayda bu söhbətlər edənlər yoxa çıxıblar. Ortalığa dərin bir sakitlik çöküb. Sanki qurbağa gölünə daş atılıb. 

Digər bir məsələ isə illərlə durğu işarəsindən dərs keçənlər, xəbərdə hərf səhvi axtaranlar, mübtadə, xəbər, təyin üstündə dava edənlər, qrammatika kitabları ilə gəzib, biz peşəkar jurnalistlərik, jurnalistika qaydalarına hörmət edirik deyənlər vardı. Dövlət tərəfindən verilmiş bir mükafatla bunlar da yoxa çıxdı. Bəh-bəhlə medal alıb gəzənlər indi daha qaydalardan, kodeksdən danışmırlar. Baş ağrı yaratmırlar. Bütün qaydalar, qanunlar bir medala qurban getdi. 

Bu da həyatın çətin üzlərindən biridir. Həyata qıraqdan girən adamlar hər zaman belə çətinliklər çəkirlər. 

Yay fəslinin olması, günəş şüalarını daha parlaq edib. Hətta əsirlərlə qorunub saxlanılan qarlar belə əriməyə başlayıb. 

Hər zaman Azərbaycan xalqının qohumsevər, qohum üçün canını, malını verməyə hazır olan kimi təqdim ediblər. Hətta qohum məsələsi bir çox insanın şəxsi həyatını zəhərə döndərib. Məsələn, kimsə sevdiyi qızı almaq, sevdiyi oğlana ərə getmək istəyib, amma bu anda qohumlar ortaya çıxıb. Bu qızın dayısı ilə sənin əmin düşməndir. Sən onu ala bilməzsən. Bu oğlanın xalası əri narkomandır, sən ona gedə bilməzsən. 

Hələ də ibtidai formada yaşamağa üstünlük verən bir çox əyalətlərimizdə qohuma görə günahsız insanlar ölüb. Nəsillər, tayfalar arası illərlə qanlı müharibələr gedib. Ya o nəsil həmin ərazidən köçüb, ya da bir neçə qurban verərək yaşamalı olublar. 

Dünən isə bu əriməz, uca zirvədə olan, ən ali dəyər hesab edilən qohumluq əlaqələri də yoxa çıxdı. Emin Millinin bir neçə qohumu ondan imtina etdilər. Emin Millinin atacağı addımlara görə cavabdeh olmadıqlarını dedilər. 

Əslində, isə qohumluq əlaqələrinin bu sürətlə məhv edilməsi yaxşı hadisədir. İnsanlar rahat, azad olmağa başlayırlar. Əliyə görə Vəli, Vəliyə görə isə Pirvəli cavab verməyəcək. Həm də müasir dünya əsasən iqtisadiyyat üzərində qurulub. 

Bəzən qohum-əqrabaya görə insan lazımsız xərcə düşür. Əmin arvadının qardaşı oğlu toy edir dəvətnamə gəlir. Xala qızının qaynı toy edir, əsgərdən gəlir dəvətnamə alırsan. İndi də vəziyyət çətindir. Emin Milli də özünə toy edib, Almaniyada yaşayır. Almaniyada yaşamaq isə Azərbaycanda yaşayan istənilən adam üçün varlı bir obraz deməkdir. Baxmayaraq ki, AzTV dayanmadan Almaniyada olan həqiqətləri xalqımıza çatdırır, amma çi fayda... Xalqımız elə bilir ki, Almaniyada olan istənilən adam pulludur. Emin də maşallah əyin-başına fikir verəndir, yəni pullu adam təssəvürü yaradır. Orucluq da bitib indi Eminə bir ayda bu qohumlar tərəfindən 3 dəvətnamə gəlsəydi, necə olacaqdı? Ən azı hər birinə 100 euro göndərməli idi. Yəni minumum budur. 300 ziyana düşdümü? Boş xərclər artdımı? Məsələyə pozitiv tərəfdən baxmaq lazımdır. İndi Emin bu pulları cibində qalacaq. Hər şeydə bir xeyir var məsəli burda yada düşür. 

Bu arada sinoptiklər ürəkaçan məlumatlar vermirlər: anomal istilər, təbiət dəyişkənliyi, havaya tullanılan zəhərli qazlar, planetimizə öz təsirir göstərməkdədir. Son günlər havaların küləkli keçməsi də bu səbəbdəndir. Deyilənə görə isə isti havalar davam edəcək. Hətta ola bilsin payızda da görmədiyimiz günləri görək. Günəş tam mərkəzdən ölkəmizi işıqlandırsın. Daha çox qarlar ərisin. Əlbəttə, qarın əriməsi nəticədə bəzi dağ çaylarının daşmasına, məcrasından çıxmasına səbəb olur. Buna görə də indidən yaxşı bənd bərkitmə işləri aparmaq lazımdır. 

Qarşıdan da parlament seçkiləri gəlir. Hələ o qədər belə maraqlı söhbətlər olacaq ki, gəl görəsən. Yemə-içmə otur tamaşa elə. Sadəcə tamaşa. Bu kimi söhbətlərdə çalışmaq lazımdır ki, ancaq tamaşaçı olasan. Bir az popkorun alırsan, oturursan divanda və izləyirsən. Sözümü şairin bir beyti ilə tamamlamaq istəyirəm:

Hələ bunun gecələr içib ağlamağı var

Saçını daramamağı, saqqal saxlamağı var...

Elkin Xəlilov

Qaynar.info

Bölmələr:



    Digər xəbərlər