Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Avropa Məhkəməsi Seymur Həzi ilə bağlı qərarını açıqladı

06-12-2018 15:43 / Bu xəbər 246 dəfə oxundu
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 6-da "Azadlıq” qəzetinin şöbə müdiri, "Azərbaycan saatı” televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzinin şikayəti üzrə qərarını elan edib.

Avropa Məhkəməsinin qərarında bildirilib ki, həbsdə olan jurnalist Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsi ilə ittiham olunub və 5 il azadlıqdan məhrum edilib. 

S.Həzi şikayətində Azərbaycan məhkəmələrində onun Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edib. Bundan başqa, jurnalistin şikayətində o da vurğulanıb ki, onun hüquqları Avropa Konvensiyası ilə icazə verilən yox, başqa məqsədlərlə məhdudlaşdırılıb. AİHM-dən Avropa Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsinin tanınması istənilib.

AİHM hesab edib ki, Azərbaycan məhkəmələri S.Həzinin Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsi ilə təminat altına alınan hüquqlarını pozub. Məhkəmə Konvensiyanın 5.1 və 5.3-cü maddələrinin pozuntusunu tanıyıb.

AİHM-dən Konvensiyanın 18-ci maddəsi üzrə araşdırmaya lüzum görməyib.

Qərara əsasən, Azərbaycan hökuməti S.Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, "Azadlıq" qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və "Azərbaycan saatı" proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

"Amnesty International" təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

Meydan Tv

Digər xəbərlər