Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

Almaniya Rusiyadakı seçkilərin nəticələrini tanımayıb

18-03-2024 18:13 / Bu xəbər 972 dəfə oxundu
Şolts Putini təbrik etməyəcək

Almaniya hökuməti Rusiyada keçirilən Prezident seçkisinin nəticələrini tanımadığını açıqlayıb.

Bildirilir ki, Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putini təbrik etməyəcək.

Bu barədə Almaniya hökumətinin rəsmisi Kristian Hofman açıqlama verib.

Onun sözlərinə görə, hazırda Rusiya ilə təmaslar azalıb: "Ümumiyyətlə, məntiqli olarsa, biz Putinlə danışmağa hazırıq. Amma indi belə planlar yoxdur”.

"Biz açıq şəkildə bildirdik ki, seçkiləri legitim saymırıq. Həftə sonu Rusiyada keçirilən bu qondarma seçkiləri nə azad, nə də ədalətli hesab edirik. Nəticə əvvəlcədən bəlli idi. Bizim qiymətləndirməmizə görə, bu seçkilər demokratik deyildi, hədə-qorxu mühiti və həbslər vardı. Bu gün Rusiya kanslerin artıq bəyan etdiyi kimi, Vladimir Putin tərəfindən avtoritar şəkildə idarə olunan diktaturadır”, – deyə Hofman fikrini yekunlaşdırıb.

Rusiyada 15-17 mart tarixlərində keçirilən Prezident seçkilərində hazırkı Prezident Vladimir Putinin 86,5 faiz səslə qalib gəldiyi bildirilir.

Rusiya MSK-nin məlumatına görə, Kommunist Partiyasının namizədi Nikolay Xaritonov 5,09, Yeni Xalq Partiyasının namizədi Vladislav Davankov 4,21, Liberal Demokrat Partiyasının namizədi Leonid Slutski isə 3,04 faiz səs toplayıb.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplayıb.

2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.

2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.

O, hazırda Təhlükəsizlik Şurasının sədridir.


Digər xəbərlər