Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

ADR fəalı həbs olunub

11-02-2024 23:22 / Bu xəbər 946 dəfə oxundu
"Bir sutkaya yaxındır ki, ailəyə onun hara aparılması barədə heç bir məlumat verilmir”

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) Gənclər Təşkilat Komitəsinin üzvü Əyyub Çələbi həbs olunub. 

Partiyadan Meydan TV-yə verilən məlumata görə, gənc fəal fevralın 10-da axşam saat 18.00 radələrində dükana getmək üçün evdən çıxıb. 

O vaxtdan da geri qayıtmayıb.

Qonşuluqda yaşayanların ailəyə dediyinə görə, Əyyub Cələbini evinin yaxınlığında mülki geyimli şəxslər zorla maşına mindirib aparıblar.

"Həmin mülki geymli şəxslərin polis olduqları ehtimal olunur. Amma bir sutkaya yaxındır ailəyə onun hara aparılması barədə heç bir məlumat verilmir”, – partiyadan bildirilib.

Əyyub Çələbi Qarabağ əlil Xəyyam Çələbinin oğludur. O, Qaradağ rayonu, Cənub Qapısı yaşayış massivində yaşayır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Meydan TV-yə bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb: "O, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib”.


Digər xəbərlər