Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

4 yaşlı Selcanın dəstəyinizə ehtiyacı var

11-11-2016 15:04
Kəskin leykoz xəstəliyindən (qan xərçəngi) əziyyət çəkən, hazırda Türkiyədə müalicə alan 4 yaşlı həmvətənimiz Selcan Muradzadəyə maddi və mənəvi dəstək göstərmək üçün 12 və 13 noyabr tarixlərində 28 Mall AVM-də xeyriyyə yarmarkası keçiriləcək. 

Həyatı hələ doya-doya yaşamayan, yaşıdları ilə birlikdə uşaqlıq sevincini layiqincə duymayan Selcan Muradzadə sağalma ümidini xeyirxah insanların dəstəyində görür. Hal-hazırda Türkiyədə müalicə olunan körpə qızcığazın əməliyyat xərcləri yüksək vəsait tələb edir. Bu vəsait toplanacağı təqdirdə körpənin tam sağalma şansı var.

Bunun üçün də yarmarkada satılacaq suvernir, rəsm əsəri, aksessuar, bijuteriya, toxunma əl işi, oyuncaq və kitab satışından əldə olunan gəlirin uşağın müalicəsinə sərf edilməsi nəzərdə tutulub.

Odur ki, hər biriniz həftəsonu yarmarkada iştirak etməklə balaca Selcanın qəhrəmanı ola bilərsiniz. Selcan dəstək olmaq üçün ödəmə üsulları və digər məsələlər barədə ətraflı məlumatı facebookda mövcud olan Selcana dəstək olaq!! qrupundan əldə edə bilərsiz.(c)


Xatırladaq ki, 4 yaşlı Muradzadə Selcan İlkin qızı kəskin leykoz xəstəliyindən əziyyət çəkir. Vəziyyəti ciddi olsa da, sağalmaq ehtimalı var. Xəstəliyi kəskin leykoz, monotblast, variant M5-dir. O, kimyəvi terapiya kursu almalıdır. Ən az 6 ay remisiyya əldə edildikdən sonra, 2 il müddətində müalicəsini davam etdirməlidir. Tam sağalması üçün sümük iliyi köçürülməlidir. Bu isə riskli və yüksək məbləğ tələb edən prosedurdur. Əməliyyat üçün yüksək məbləğdə vəsait lazımdır. Bu vəsait yığılarsa, sümük iliyi donorunun tapılması və köçürülməsi həyata keçirilə bilər. Bunun nəticəsində Selcanın tam sağalma şansı var.

Bundan sonra ilik nəqli əməliyyatı üçün lazım olan qaliq məbləğ 98 400 USD-dir. Gəlin bacardığımız köməyi əsirgəməyək, Selcanimıza dəstək olaq.///24saat.org




Digər xəbərlər