Son dəqiqə:
Azərbaycanın voleybol klubları CEV Çempionlar Liqasında: "Turan" Plovdivdə 3:0 qalib gəlib, "Xilasedici" Bakıda "Sportinq"ə uduzubRusiyanın enerji sisteminə kütləvi hücumundan sonra Kiyevdə su kəsilib, metro dayanıb, Ukrayna son sutkada ən azı 38 dinc sakinin öldüyünü deyirQrenlandiya parlamenti ABŞ və Danimarka ilə təhlükəsizlik sazişini təsdiqləyib, razılaşma Trampın adanı ələ keçirmə hədələrindən sonra ABŞ-yə yeni bazalar üçün yol açırReuters: ABŞ milyarderinin konsorsiumu Şahdənizdə payı olan "Lukoyl"un xarici aktivlərini dondurulmuş səhmlər müqabilində almağa hazırlaşırABŞ-də aralıq seçkilər keçirilir: Trampın son iki ili üçün Konqresə nəzarət həll olunur, 58 milyondan çox seçici əvvəlcədən səs veribTramp Qeşm adasına zərbənin müharibə olmadığını deyir, İran isə yeddi şərti yerinə yetirilməyincə Hörmüz boğazını açmayacağını bildirirZelenski Əbu-Dabidəki danışıqların Putinlə üçtərəfli görüşə yol açacağına ümid edir, Moskvaya getməyi isə rədd edir"Brent" nefti ABŞ-nin Qeşm adasına zərbəsindən sonra 107 dollara qalxıb, Trampın sözlərindən sonra 103 dollara enibPaşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər, Aİ-də və Avrasiya İttifaqında eyni vaxtda qalmaq mümkün deyilTürkiyə Prezident Administrasiyası İstanbulun Şişli rayonundakı Heydər Əliyev parkının ləğv ediləcəyi iddialarını təkzib edib

İlqar Məmmədov həbsdən yazır

08-10-2017 18:46 / Bu xəbər 213 dəfə oxundu
REAL Hərəkatının həbsdə olan  sədri İlqar Məmmədovun rəsmi Bakının Avropa Şurasının baş katibi Turbyorn Yaqlandı suçlaması ilə bağlı münasibəti yayılıb.

Bu barədə REAL təmsilçiləri məlumat veriblər.

İlqar Məmmədov məktubda vurğulayıb ki, Azərbaycan hakimiyyəti Avropa Şurası (AŞ) ilə münasibətlərinin pisləşməsində cənab Turbyorn Yaqlandı günahlandırır:

"Hakimiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycanın Avropa Şurasından çıxarılma sanksiyası ilə bağlı qərarı baş katib Turbyorn Yaqland deyil, bu qurumun üzvü olan 46 ölkənin təmsilçiləri verib”.

İlqar Məmmədov yazıb ki, son 16 il ərzində Azərbaycan hakimiyyəti bu ölkələrlə doğru-dürüst münasibət qura bilməyib:

"Çünki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın AŞ-dan çıxılacağı ilə bağlı mövzu bu gün gündəmə çevrilib. Azərbaycanın Avropa Şurasından çıxarılması ilə ölkəmizə dəyəcək ziyan ilk növbədə ondan ibarət olacaq ki, bunun ardınca Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına start verilə bilər".

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Bu qərardan sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Bu günlərdə Avropa Şurasının baş katibi Turbyorn Yaqland AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı "misli görünməmiş" hüquqi hərəkət edilməsinə çağırıb.

Sentyabrın 21-də isə Avropa Şurasının Nazirlər Komitəsi İ.Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb. Deputatlar Katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini AHİM qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Bundan sonra Azərbaycan rəsmilərinin dilindən Avropa Şurasının baş katibi Turbyorn Yaqland haqda tənqidi fikirlər səslənməyə başlayıb.

Bu məsələyə bu günlər Avropa Birliyi Şurasının təmsilçilərini qəbul edən prezident İlham Əliyev də münasibət bildirmişdi:

"Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər”.

İlham Əliyev deyib ki, Azərbaycan Avropa Şurasından çıxsa heç kəs buna əhəmiyyət verməyəcək: "Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq”.

Digər xəbərlər