158 ölkəyə vizasız aparan pasport
Xarici pasportların növbəti reytinqi açıqlanıb.
Açıqlamanı iqtisadi araşdırmalar aparan Arton şirkəti edib.
Şirkətin açıqladığı məlumata istinadən xəbər verir ki, ən yaxşı pasporta almaniyalı turistlər malikdir.
Belə ki, Almaniya pasportu ilə 158 ölkəyə vizasız səfər etmək olar.
Reytinq sıralamasında ikinci sırada İsveç yer alıb. Üçlüyü isə Danirmakanın pasportu qapayır.
Növbəti pillələrdə isə Finlandiya, İtaliya, Fransa, İspaniya, Norveç və Böyük Britaniya yer alıb.
Mənbə: Fins.az