Moskva meri: Bir gündə paytaxta uçan 28 dron vurulub, "Domodedovo" hava limanı bağlanıb
Arxiv foto: Sergey Sobyanin. Foto: mos.ru, CC BY 4.0, Wikimedia CommonsMoskva meri Sergey Sobyanin noyabrın 2-də paytaxta doğru uçan dronların hava hücumundan müdafiə vasitələri ilə vurulduğunu yazıb. Onun verdiyi məlumata görə, əvvəl 18, sonra daha 10 dron vurulub, ümumi say 28-ə çatıb.
Sobyaninin sözlərinə görə, qəlpələrin düşdüyü yerdə fövqəladə xidmətlər işləyir. O, zərərçəkənlər barədə məlumat verməyib.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi hava məkanından istifadəyə müvəqqəti məhdudiyyət tətbiq olunduğunu bildirib: "Domodedovo" bağlanıb, "Jukovski", "Vnukovo" və "Şeremetyevo" isə reysləri müvafiq qurumlarla razılaşdırmaqla qəbul edib və yola salıb.
Ukrayna prezidenti Volodimir Zelenski həmin gün Rusiya Ukrayna enerji sistemini vurmağı dayandırsa, onun neft emalı zavodlarına zərbə endirməyəcəklərini demişdi.


