MAQATE: Rusiyanın nəzarətindəki Zaporojye AES-in və yaxınlıqdakı istilik stansiyasının iki əməkdaşı dron hücumlarında ölüb
Arxiv foto: Leo211, CC BY-SA 4.0, Wikimedia CommonsBeynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) noyabrın 9-da X sosial şəbəkəsində bildirib ki, həmin gün dron hücumlarında iki nəfər ölüb: Zaporojye Atom Elektrik Stansiyasının bir əməkdaşı və yaxınlıqdakı Zaporojye İstilik Elektrik Stansiyasının bir işçisi. Agentliyin məlumatında hücumların kim tərəfindən edildiyi göstərilməyib.
MAQATE-nin baş direktoru Rafael Qrossi zərbələri pisləyərək bu “qəbuledilməz hücumların nüvə təhlükəsizliyinin əsas prinsiplərini pozduğunu” deyib və hücumların dayandırılmasını tələb edib.
Zaporojye AES-in Rusiyanın nəzarətində olan rəhbərliyi isə bildirib ki, stansiyanın elektrik çilingəri işə gedərkən avtomobili “Ukrayna Silahlı Qüvvələrinin dronu” tərəfindən vurulub.
Avropanın ən böyük atom elektrik stansiyası sayılan Zaporojye AES-i 2022-ci ilin martından Rusiya qüvvələrinin nəzarətindədir. Stansiya noyabrın 8-də də xarici elektrik enerjisini itirib dizel generatorlarına keçmiş, sonradan yenidən şəbəkəyə qoşulmuşdu. Tərəflər stansiya ətrafındakı hücumlarda bir-birini ittiham edir.
Hücum Rusiya və Ukrayna nümayəndələrinin ABŞ-nin vasitəçiliyi ilə Əbu-Dabidə görüşməsindən bir gün əvvəl baş verib.


