Polşanın Krakov şəhərinin mərkəzi meydanında atışma olub, azı beş nəfər ölüb
Foto: Ingo Mehling, CC BY-SA 4.0, Wikimedia CommonsPolşanın Krakov şəhərinin mərkəzindəki Bazar meydanında atışma nəticəsində azı beş nəfər ölüb, təxminən on nəfər yaralanıb. Bu barədə Polşa polisi məlumat verib.
Polisin sözlərinə görə, hücumda şübhəli bilinən şəxs saxlanılıb. O, saxlanılarkən güllə yarası alıb və xəstəxanaya aparılıb.
Kiçik Polşa vilayəti polisinin nümayəndəsi deyib ki, şübhəlinin şəxsiyyəti hələlik müəyyən edilməyib. Onun sözlərinə görə, kişi hərbi geyimdə olub və əlində hərbi tipli uzunlüləli silah olub, avtomobilində isə çoxlu silah və sursat tapılıb.
Atışma yerli vaxtla təxminən saat 16:00-da başlayıb. Fövqəladə xidmətlər şəhər sakinlərini polis şübhəlinin saxlandığını açıqlayana qədər evdən çıxmamağa çağırıb.
Polşanın Baş naziri Donald Tusk polisin istintaqa başladığını və Daxili İşlər Nazirliyindən məlumat aldığını bildirib. Hücumun motivi barədə rəsmi açıqlama hələlik yoxdur.


