Son dəqiqə:Həbsdəki jurnalist Polad Aslanov 20 günlük aclığı dayandırıb, həyat yoldaşı çəkisinin 41 kiloqrama düşdüyünü deyir - 03-11-2026

Hörmüz boğazında Oman sahilləri yaxınlığında tankeri mərmi vurub, İran Keşikçilər Korpusu ABŞ dronlarını ələ keçirdiyini deyir

İllüstrativ foto: Fars körfəzində Bəsrə neft terminalında tanker, 2005. Foto: U.S. Navy photo by Photographer's Mate Airman Eben Boothby, Public domain, Wikimedia Commons
03-11-2026 00:45

Hörmüz boğazından keçən tanker Omanın Lima yaşayış məntəqəsindən 17 kilometr şimal-şərqdə mənşəyi bəlli olmayan mərmi ilə vurulub. Bu barədə Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

İdarənin yaydığı məlumata görə, gəminin kapitanı mərminin tankerin sağ bortunu deşdiyini bildirib. Ekipaj üzvləri xəsarət almayıb, ətraf mühitə ziyan qeydə alınmayıb.

Eyni vaxtda İran İslam İnqilabı Keşikçiləri Korpusu "Mehr" agentliyi vasitəsilə iki ABŞ MQM-170 kəşfiyyat dronunu radioelektron mübarizə sistemləri ilə Qeşm adasının cənubunda sıradan çıxarıb ələ keçirdiyini açıqlayıb. Korpusa görə, belə ələ keçirilən dronların sayı dördə çatıb.

Keşikçilər Korpusu Hörmüz boğazının şərqində bir MQ-9 dronunu da vurduğunu deyir və bu tip vurulan dronların ümumi sayını 55 kimi göstərir.

İranın "Fars" agentliyinin mənbəsi iddia edir ki, Tehran boğaza nəzarəti saxlayır, Amerika gəmiləri isə ondan bir neçə yüz kilometr aralıda qalır. Keşikçilər Korpusu daha əvvəl Hörmüzdə son 9 gündə "qayda pozan" 11 tankerin alova büründüyünü demişdi.

Digər xəbərlər