FHN-dən generalın polisə silah çəkməsinə münasibət: "Bizi maraqlandırmır"
Bir neçə saat əvvəl ölkə mətbuatında yayılan və artıq əksər saytlardan çıxarılan "Bakıda silahlı insident: FHN generalı polis zabitinə silah çəkdi” başlıqlı yazıya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin mövqeyini öyrənməyə çalışdıq.
Bizimxeber.az əməkdaşları nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovla əlaqə saxlayıb. Lakin O. Bayramov sualı dinləmədən: "Texnogen hadisə baş verib? Verməyib ki? Qalan məsələ məni maraqlandırmır”, - deyib dəstəyi asıb.
Maraqlıdır, sivil, mətbuata "açıq nazirlik kimi göz deşən" FHN indi niyə sualdan yayınır? Söhbət FHN generalının törətdiyi hadisədən gedirsə, nazirlik münasibət bildiməlidir. Amma nədənsə susmağa daha çox üstünlük verirlər.///Bizimxeber.az
